Metroda HƏYƏCANLI ANLAR – Stansiyanı tüstü bürüdü

Bu gün səhər saatlarında Bakı metrosunda gərgin anlar yaşanıb.

Metropoliten İdarəsinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov hadisə ilə əlaqədar bildirib ki, metronun “Əhmədli” stansiyası yaxınlığında şaxtada kabelin giriş sahəsində kabel muftasında qısaqapanma baş verib. Elektrik mühafizəsi dərhal işə düşüb, onu açıb, ehtiyat kabel qoşulub. Ventilyatorlar havanın çıxarılması rejiminə qoşulub və tunelə daxil olmuş tüstü çıxarılıb.

Onun sözlərinə görə, sərnişinlərin təhlükəsizliyi ilə bağlı heç bir problem yaşanmayıb, tənzimləmə məqsədilə qatarların hərəkətində iki dəqiqə vaxt sərf olunub: “Metropolitenin iş rejimində dəyişiklik yoxdur”.

Maraqlı xəbərləri Mediazona.az Facebook səhifəmizdən izləyin.
———————————————————————————————————————————————
DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz ve eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin 055 461 71 21 WHATSAPP