44 günlük vətən müharibəsində Azərbaycanın haqq səsini dünyaya çatdıran “CNN Türk” telekanalının əməkdaşı Fulya Öztürk Şuşa şəhərilə bağlı paylaşım edib.
Özünün “Instagram” səhifəsində Azərbaycan əsgərlərilə çəkdirdiyi fotosunu paylaşan jurnalist “Şuşadakı əsgərlərlə xatirə fotomuz”, – yazaraq qeyd edib.
Xatırladaq ki, F.Öztürk Vətən müharibəsini işıqlandıran ən fəal əcnəbi media nümayəndələrindən biri olub. Xüsusilə də Gəncənin raket atəşinə tutulmasından sonra o, canlı efirə çıxaraq baş verən faciəni obyektiv və operativ şəkildə dünya ictimaiyyətinə çatdırıb.
———————————————————————————————————————————————
DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz ve eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin 055 461 71 21 WHATSAPP






