SİLAH ANBARINDA PARTLAYIŞ: 30 MİN ADAM…..

Ukraynanın Vinnitsa vilayətinnin hərbi hissələrindən birində yerli vaxtla saat 21:50-də partlayış baş verib. Kalinovka şəhərində yerləşən hərbi hissənin silah anbarındakı partlayış barədə xəbər polis bölməsinə daxil olub. Ukrayna Milli Polisi Vinnitsa, Jitomir və Xmelnitski əyalətlərinin polislərini həyəcan siqnalı ilə olay yerinə cəlb edib.

Hərbi hissəyə yaxın ərazilərdə yaşayan 30 min insan təxliyə edilib. Hələlik cəmi bir nəfərin yaralandığı bildirilir. Xəbərdə deyilir ki, hərbi hissənin hava məkanı müvəqqəti bağlanıb. Anbarda “Smerç”, “Uraqan”, və “Qrad” raketlərinin atəş sistemləri saxlanılırmış.