Kürd referendumunda yeni rəqəmlər

 İraqda Kürdüstan müxtariyyətinin yaradılması üçün sentyabrın 25-də keçirilən referendumda səsvermənin yeni nəticələri açıqlanıb. Ria Novostinin məlumatına görə, yekun hesablamalarda 3,44 milyon səs toplanılıb. Seçicilərin 91,83 faizi lehinə, 8,17 faizi isə, əleyhinə səs verib. Qeyd olunur ki, ən çox, yəni 90 faizdən yuxarı səslər Kərkuk əyalətində, yezidi kürdlərin çoxluq təşkil etdiyi Sincar və Naynava əyalətinin xristian rayonlarında qeydə alınıb. Ən aşağı səs göstəricisi isə, Süleymaniyyə şəhərinə aiddir.