Ərəb qadınlarına icazə verildi-maşın sürəcəklər

Səudiyyə Ərəbistanının kralı Salman bin Əbdül Əziz Əl Saud qadınlara avtomobil idarə etməyə icazə verən fərman imzalayıb. Bu barədə Səudiyyə Ərəbistanı XİN-nin məlumatında bildirilir. “Kral fərmanı: Yol Hərəkəti Xidməti krallıq ərazisində qadınlara avtomobil idarə etməyə icazə verir”, – deyə məlumatda bildirilir.
Kral qadınlara avtomobil idarə etmək hüququnun verilməsi ilə əlaqədar lazımi tədbirlərin görülməsi üçün DİN, Maliyyə, Əmək və Sosial Təminat Nazirliklərinin nümayəndələrindən ibarət komissiyanın yaradılmasına dair göstəriş verib.