Ermənistan Fövqəladə Hallar Naziri istefa ərizəsi yazıb

Ermənistanın Fövqəladə Hallar naziri Feliks Tsolakyan istefa ərizəsi yazıb.

Bu barədə RİA Novosti-yə nazirliyin mətbuat katibi Anna Bağdasaryan məlumat verib.

“Nazir bu gün istefa ərizəsi yazıb, lakin bununla bağlı hələ heç bir qərar verilməyib”, deyə Bağdasaryan əlavə edib.

Qeyd edək ki, Tsolakyan müxtəlif illərdə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktor müavini, prezidentin Nəzarət xidmətinin rəhbəri, Dövlət Vergi Xidmətinin rəhbəri, Şirak bölgəsinin qubernatoru vəzifələrində çalışıb. 2018-ci ilin oktyabr ayında Fövqəladə Hallar naziri vəzifəsinə təyin edilib.

 

Maraqlı xəbərləri Mediazona.az Facebook səhifəmizdən izləyin.

—————————————————————————————————————————————————

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz ve eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin 055 461 71 21 WHATSAPP