“Qarabağın məşhur müəllimləri” layihəsi davam edir

Təhsil Nazirliyinin “Qarabağın məşhur müəllimləri” layihəsinin növbəti siması Ceyhun Hacıbəylidir.

Nazirlikdən verilən məlumata görə, ədəbiyyatımız, tariximiz, publisistikamızın inkişafında və təbliğində müstəsna xidmətləri olan Ceyhun Hacıbəyli 1891-ci il fevralın 3-də Şuşa şəhərində anadan olub. O, 1908-ci ildə Əlibəy Hüseynzadənin müdir olduğu “Səadət” məktəbində qardaşı Üzeyir bəylə birlikdə müəllim kimi fəaliyyət göstərib. Onun XX əsrin ikinci onilliyindəki Bakı fəaliyyəti daha çox maarifçiliklə bağlıdır. Bakıda müəllimlərin birinci qurultayının keçirilməsində fəal iştirak edib.

Azərbaycanın azadlıq tarixinə qızıl hərflərlə yazılan Ceyhun Hacıbəyli mühacirətdə yaşadığı bütün dövrdə (1919-1962) əqidə və amalından dönməyib, həyatını bütünlüklə Azərbaycana, onun istiqlalı uğrunda mücadiləyə həsr edib. Mətbuat tariximizin nəhəng simalarından olan Ceyhun Hacıbəyli mətbuatın ictimai rolu və faydasına mühüm əhəmiyyət verərək deyirdi: “Mətbuat xəlayiqin səsi və rəyidir”. O, cəmiyyətin mütaliə həvəsini ümumxalq maarifçiliyinin əsası kimi qiymətləndirirdi.

Qeyd edək ki, “Qarabağın məşhur müəllimləri” layihəsi çərçivəsində Qarabağda doğulan və pedaqoji fəaliyyətlə məşğul olan tanınmış şəxslər barədə məlumatlar təqdim olunur. Layihənin məqsədi əslən Qarabağdan olan məşhur müəllimləri yad etməkdir.

Maraqlı xəbərləri Mediazona.az Facebook səhifəmizdən izləyin.

—————————————————————————————————————————————————

DİQQƏT! Şikayət və təklifləriniz, gördüyünüz ve eşitdiyiniz hər hansı bir maraqlı məlumatı bu nömrəyə göndərin 055 461 71 21 WHATSAPP

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi