Mikayıl Cabbarovdan prezidentə: “Söz verirəm ki…
“Möhtərəm cənab Prezident, Sizə dərin təşəkkürümü bildirirəm. İlk növbədə, göstərdiyiniz etimada görə təşəkkür edirəm. Məsuliyyətimi tam şəkildə dərk edirəm. Sizin rəhbərliyinizlə indiyə qədər gördüyümüz işlərdə əldə etdiyimiz nailiyyətlər Sizin dəstəyinizin, həmkarlarımın gərgin işinin nəticəsidir. Olan çatışmazlıqlar isə mənim üzərimə düşən məsuliyyətdir”.
Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qəbulunda olarkən yeni İqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
“Fəaliyyətimizə verdiyiniz qiymət mənim üçün ən böyük şərəfdir. Sizin rəhbərliyinizlə, həmkar nazirlik və dövlət təsisatlarımızla birlikdə biz ölkəmizin dayanıqlı və davamlı inkişafının, iqtisadi inkişafının təmin edilməsi üçün Sizin tapşırdığınız prinsiplər əsas götürülməklə fəaliyyət göstərəcəyik. Söz verirəm ki, bu məqsədlər üçün səylərimi əsirgəməyəcəyəm.