Mikayıl Cabbarovdan prezidentə: “Söz verirəm ki…

“Möhtərəm cənab Prezident, Sizə dərin təşəkkürümü bildirirəm. İlk növbədə, göstərdiyiniz etimada görə təşəkkür edirəm. Məsuliyyətimi tam şəkildə dərk edirəm. Sizin rəhbərliyinizlə indiyə qədər gördüyümüz işlərdə əldə etdiyimiz nailiyyətlər Sizin dəstəyinizin, həmkarlarımın gərgin işinin nəticəsidir. Olan çatışmazlıqlar isə mənim üzərimə düşən məsuliyyətdir”.

Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin qəbulunda olarkən yeni İqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.

“Fəaliyyətimizə verdiyiniz qiymət mənim üçün ən böyük şərəfdir. Sizin rəhbərliyinizlə, həmkar nazirlik və dövlət təsisatlarımızla birlikdə biz ölkəmizin dayanıqlı və davamlı inkişafının, iqtisadi inkişafının təmin edilməsi üçün Sizin tapşırdığınız prinsiplər əsas götürülməklə fəaliyyət göstərəcəyik. Söz verirəm ki, bu məqsədlər üçün səylərimi əsirgəməyəcəyəm.

İqtisadiyyatımızın rəqabətliliyini daim artırmağı, iqtisadi müstəqilliyimizi daim möhkəmləndirməyi, iqtisadiyyatı inkişaf etdirməyi əsas vəzifəm kimi qəbul edirəm. İnanıram ki, iqtisadiyyatı inkişaf etdirmək dövlət və vətəndaşların gəlirlərinin və imkanlarının artırılmasının yeganə yoludur. Sizin kimi siyasi liderin, möhtərəm cənab Prezident, hökumətində yer tutmaq mənim üçün ən böyük şərəfdir. Bir daha yüksək etimadınıza görə Sizə dərin təşəkkürümü bildirmək istəyirəm”, – deyə, İqtisadiyyat naziri vurğulayıb.MediaZona.Az
  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi