Rusiya ən təhlükəli gəmisini hazırlayır

Rusiya “Şkval” sinfinə aid yeni esmines hazırlayır.

Bu barədə informasiyanı “Militari Voç” jurnalı yayıb. Jurnal bu gəminin çoxlu sayda ağır silahlarla təchiz ediləcəyini bildirib.

Gəmidə S-500 və S-350 zenit-raket komplekslərinin dəniz üçün nəzərdə tutulan variantının yerləşdiriləcəyi açıqlanıb. Bundan başqa, gəminin “Xəncər”, “Sirkon” hipersionik raketləri, “Kalibr” qanadlı raketləri, “Redut” və Pantsir-M zenit komplekləri ilə təchiz ediləcəyi bildirilib.