Ruhani Paşinyanı İrana dəvət etdi

Ermənistan baş naziri Nikol Paşinyanla İranın energetika naziri Rza Ardakanian arasında görüş baş tutub.

Paşinyan İran-Ermənistan münasibətlərinin inkişafının vacibliyini qeyd edib və birgə səylər nəticəsində mövcud böyük potensialın reallaşdırılmasının mümkün olacağına ümid etdiyini bildirib.

Nazir İran prezidenti Həsən Ruhaninin məktubunu və İrana dəvətini Paşinyana təqdim edib.