DÇ-2018-in ən yaxşı oyunçusu Modriçdir

Xorvatiya millisinin baş məşqçisi Zlatko Daliç maraqlı açıqlaması ilə diqqət çəkib.

51 yaşlı mütəxəssis bildirib ki, dünya çempionatının ən yaxşı oyunçusu Luka Modriçdir:

“Dünya çempionatından öncə hər kəs Messi, Ronaldo və ya Neymarın mundialın ən yaxşı oyunçusu olacağını iddia edirdi. Hazırda onlar çimərlikdə istirahət edirlər. Modriç isə çıxışını davam etdirir.

Luka “Real”da əla mövsüm keçirib. Ardıcıl 3 dəfə Çempionlar Liqasının qalibi olub. “Qızıl top”u kimin qazanacağını deyə bilmərəm, amma DÇ-2018-in ən yaxşı oyunçusu Modriçdir”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir