“Papa John’s” şirkətinin direktorlar şurasının sədri istefa verib

Məşhur “Papa Johnchr(“39″)s International” pitsa şirkətinin təsisçisi və direktorlar şurasının sədri Con Şnatter Afrika mənşəli amerikalıların ünvanına irqi məzmunda təhqiramiz ifadə söylədiyini etiraf etdikdən sonra istefa verib. AZƏRTAC xəbər verir ki, bununla bağlı bəyanat yayan şirkət yaxın həftələrdə onun yerinə təyinat olacağını bildirib.

“Forbes” jurnalında Şnatterin firmanın təmsilçiləri ilə telefon danışığı zamanı qaradərili insanlar barədə təhqiramiz kəlmə söylədiyini qeyd edən məqalə dərc olunandan sonra şirkətin rəhbəri istefa verdiyini açıqlayıb. O, məqalənin dərc olunmasından doqquz saat sonra irqçi termini işlətdiyini etiraf edərək üzr istəyib və istefa verib.

Şnatter biznesinə 1984-cü ildə atasına məxsus barda “Papa Johnchr(“39″)s” brendi altında kiçik pitsa ticarətindən başlayıb və bir neçə ildən sonra illik dövriyyəsi 1 milyard dollardan çox olan şirkətə sahib olub. Şirkət hazırda ABŞ-da 3500 mağazaya, Azərbaycan da daxil olmaqla 40 ölkədə 1200 mağazaya malikdir. Şirkətin 700 milyon dollar məbləğində aksiyaları Şnatterə məxsusdur.
  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi