Elnarə Baxışova: “Roza Zərgərli kimə güvənir? Arxasında kimlər var k, bu hegemonluğu edir?

Ötən gün “Maşın” şouda davam edən 18 günlük mübarizə bitdi və qalib məlum oldu. Belə ki, oyunun sonuna vayner Hüseyn Əzizoğlu ilə müğənni Roza Zərgərli qalıb. Roza Hüseyndən əlini maşından çəkməsini tələb edib. Daha sonra ona fiziki təzyiq göstərib, mübahisə zamanı meyvə və qabları onun üstünə atıb. Bundan sonra Hüseyn əlini maşından çəkib və Roza qalib olub. Şouda yaşananlar birmənalı qarşılanmayıb. Hadisəni sosial şəbəkədə müzakirə edən  istifadəçilər birinciliyin Rozadan alınıb, Hüseynə verilməsini tələb ediblər.

Musavat.com şouda yaşananlara münasibət öyrənmək üçün vayner ilə əlaqə saxlayıb. Dəstəyi götürən anası Elnarə Baxışova hazırda Əzizoğlunun danışacaq halda olmadığını bildirib:”Hüseynin səhhəti yaxşı deyil. Axşam iki təcili yardım gəlib. Səhər nevropatoloqa aparmışam, bayramdan sonra psixoloji dəstək alacaq. Uşağımı ora travma almağa göndərmişdim? Şokdayam, dünən verilişdə Hüseynə yaşadılanları görəndə şoka düşdüm, özümdə deyildim, yoxsa Rozaya adamın başına qab-qacağı necə atılmasını göstərərdim. Hələ çox hadisələr efirə getməyib. O düşünmədi ki, həmin görüntüləri efirə verərlər. Murad Dadaşov sağ olsun ki, heç nəyi gizlətmədi. “Maşın” şounun hansı qanunlarında var ki, bir-birilərinə fiziki təsir göstərə bilərlər? Məni hiddətləndirən bir məsələ də, Rozanın Hüseynə meyvə, boşqab atılanda nəzarətçilərin müdaxilə etməməsidir. Roza düşünmədi ki, bu uşağın gözündə eynək var, sınar , şüşə gözünə dolar? Roza orada-burada göz boyayır ki, 3 kimsəsiz götürüb saxlamışam. Analıq hissi olan qadın mənim uşağımı o hala qoymazdı”.

Vaynerin anası Roza Zərgərlini məhkəməyə verəcəyini də dilə gətirib: “Roza kimə güvənir? Arxasında kimlər var k, bu hegemonluğu edir? Uşağıma fiziki və psixoloji təsir göstərib, travma almasına səbəb olduğu üçün onu məhkəməyə verəcəyəm. Qanun qarşısında cavab verəcək. Mən çətinliklə uşaq böyütməmişəm ki, Roza kimisi əzsin. Hüseyn uşaqdır, safdır. Rozaya inandı, güvəndi. Onun necə qadın olduğunu təəssüf ki, gec gördü. Hüseyn maşını udmadığı üçün pis olmayıb, güvəni qırıldığı, ona olunan şiddətə görə səhhəti pisləşib”.

 

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    One thought on “Elnarə Baxışova: “Roza Zərgərli kimə güvənir? Arxasında kimlər var k, bu hegemonluğu edir?

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi