Azərbaycan ilə Gürcüstan arasında təhsil sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub

Bu gün ölkələrimiz arasında mövcud olan dostluq və qardaşlıq münasibətləri Azərbaycanın və Gürcüstanın təhsil qurumları, elmi araşdırma mərkəzləri və universitetləri arasında əməkdaşlığın genişləndirilməsi üçün yaxşı imkanlar yaradır.

MediaZona.Az xəbər verir ki, bu fikir Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun Tbilisidə Gürcüstanın elm və təhsil nazirinin vəzifələrini icra edən Mixeil Çxenkeli ilə görüşündə səslənib.

Görüşdə iki ölkə arasında elm və təhsil sahəsində əməkdaşlıq, gənclər siyasəti, kadr hazırlığı və s. məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Fuad Muradov bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstanla əlaqələrin bütün istiqamətlərdə, eləcə də elm və təhsil sahəsində inkişafına böyük önəm verir.

Komitə sədri vurğulayıb ki, bu gün Gürcüstanda xeyli sayda azərbaycanlı yaşayır. Onlar bu ölkənin bərabərhüquqlu vətəndaşlarıdırlar. Onlar bu dövlətin güclənməsində, inkişafında, inteqrasiyasında mühüm rol oynayırlar. Lakin bəzi sahələrdə müəyyən problemlər hələ də qalmaqdadır.

Mixeil Çxenkeli bildirib ki, Gürcüstan hökuməti bütün milli azlıqların, eləcə də azərbaycanlıların normal təhsil almaları üçün hər cür şərait yaradıb. Ölkədə yeni tətbiq olunan 4+1 təhsil proqramı milli azlıqların inteqrasiyası ilə yanaşı, dövlət dilini öyrənmələrinə geniş imkanlar açır. Azərbaycan dilində olan məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi üçün də tədbirlər görülür.

Hər iki ölkənin dövlət və özəl universitetlərində Azərbaycan və gürcü dillərini bilən kadrların hazırlanması, tələbə mübadiləsi, professor, müəllim və tələbələrin qarşılıqlı səfərlərinin təşkili və qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə olunub.

Görüşdə Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov da iştirak edib.

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi