Dövlət Komitəsinin sədri Gürcüstan universitetlərində təhsil alan azərbaycanlı tələbələrlə görüşüb

Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov iyunun 14-də SOCAR-ın Gürcüstan nümayəndəliyinin baş ofisində bu ölkənin universitetlərində təhsil alan azərbaycanlı tələbələrlə görüşü

MediaZona.Az xəbər verir ki, görüşdə bu ölkədə yaşayan azərbaycanlıların təhsil məsələləri, onların yerli cəmiyyətə, Avropaya inteqrasiyası, ana dili ilə yanaşı, dövlət dili və xarici dilləri də öyrənmələrinin vacibliyi və digər məsələlər müzakirə olunub.

Fuad Muradov Azərbaycanda həyata keçirilən dövlət gənclər siyasəti, təhsilə göstərilən diqqət, gənclərin başqa dövlətlərdə təhsil məsələləri barədə ətraflı məlumat verib. Bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev Gürcüstanda yaşayan soydaşlarımızın problemlərinə də diqqət və qayğı ilə yanaşır. Onların təhsil problemlərinin həlli ilə bağlı müəyyən addımlar atılır, proqram və layihələr həyata keçirilir.

Tələbələr onları maraqlandıran məsələlər barədə komitə sədrinə müraciət ediblər.

Fuad Muradov qaldırılan məsələlərə aydınlıq gətirib.

Sonda təhsildə fərqlənən 10 tələbəyə kompüter hədiyyə olunub.

Görüşdə Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov iştirak edib.

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi