DİN seçki məntəqəsi önündə mitinqə cəhd barədə məlumatları təkzib edib

“Azərbaycandan kənarda fəaliyyət göstərən “Meydan TV” bu gün xəbər yayıb ki, Azərbaycanda keçirilən prezident seçkiləri zamanı seçki məntəqələrindən birinin önündə mitinq keçirmək istəyən bir qrup şəxs polis zorakılığına məruz qalıb. “Meydan TV” öz ənənəsinə sadiq qalaraq bu dəfə də ölkəmiz haqqında qarayaxmalarını davam etdirir”.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bu haqda yayılmış məlumatla əlaqədar APA-nın sorğusuna cavab olaraq bildirilib. “Belə ki, bu gün Azərbaycanda keçirilən prezident seçkilərində vətəndaşlarımız öz səsvermə hüquqlarından istifadə edərək yüksək fəallıq göstərirlər. Seçkilər tam demokratik və aşkarlıq şəraitində davam edir, bunu seçkiləri müşahidə edən beynəlxalq və yerli müşahidəçilər də təsdiqləyirlər. Hal-hazıra qədər ölkənin heç bir yerində hansısa seçki məntəqəsinin önündə toplantı, yığıncaq, mitinq keçirilməsi faktı qeydə alınmayıb. Gücləndirilmiş iş rejimində xidmət edən daxili işlər orqanlarının əməkdaşları tərəfindən ictimai asayiş və ictimai təhlükəsizlik yüksək səviyyədə təmin olunur və vətəndaşların səs verdiyi hər hansı məntəqədən ictimai asayişin pozulması və ya hər hansı qanunazidd hərəkət barədə polisə heç bir məlumat daxil olmayıb. Odur ki, “Meydan TV”nin yaydığı bu böhtan xarakterli məlumatı tirajlayan digər sosial şəbəkə istifadəçilərinə tövsiyə edirik ki, ölkəmiz və vətəndaşlarımızın yüksək fəallıq nümayiş etdirdiyi seçkilər barədə həqiqəti əks etdirməyən, böhtan və qərəzdən yoğrulmuş uydurma məlumatları yaymaqla öz oxucularını və izləyicilərini çaşdırmasınlar”, – deyə DİN mətbuat xidmətindən qeyd olunub.

  • Oxşar xəbərlər

    Prezident İlham Əliyev Ümumdünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün İsveçrəyə səfər edib

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ümumdünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün yanvarın 19-da İsveçrə Konfederasiyasına səfər edib. Dövlətimizin başçısını və birinci xanım Mehriban Əliyevanı Sürix şəhərinin beynəlxalq hava…

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    “Əgər Qrenlandiyanı almasaq, Rusiya və ya Çin alacaq. Mən buna icazə verməyəcəyəm”. ABŞ Prezidenti Donald Tramp Ağ evə qayıdarkən təyyarədə jurnalistlərə açıqlamasında belə deyib. O bildirib ki, ABŞ Qrenlandiyanı bu…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    İsveçrədə barda baş verən yanğında həlak olanların şəxsiyyəti müəyyən edilib

    • Yanvar 5, 2026
    İsveçrədə barda baş verən yanğında həlak olanların şəxsiyyəti müəyyən edilib