Georgi Moxidze: “Azərbaycanda seçki prosesi beynəlxalq hüquq normalarına uyğundur”

Azərbaycanda seçki prosesi beynəlxalq hüquq normalarına və demokratik seçki standartlarına tamamilə uyğundur. Sechki-2018.az saytının xəbərinə görə, bu fikirləri Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilat – GUAM-ın Parlament Assambleyası yanında Gürcüstan nümayəndə heyətinin rəhbəri Georgi Moxidze deyib.

Onun qənaətincə, Azərbaycanda səsvermə prosesi sakit qaydada keçirilir: “Missiyamızın baş çəkməyə imkan tapdığı bütün seçki məntəqələrinə seçicilərin intensiv gəlişi müşahidə olunur”.

G.Moxidze qeyd edib ki, Azərbaycanda seçki prosesi beynəlxalq hüquq normalarına, ATƏT və Avropa Şurasının standartları daxil olmaqla, demokratik seçki standartlarına tamamilə uyğundur.

O əlavə edib ki, səsvermə zamanı heç bir pozuntu qeydə alınmayıb və artıq görünür ki, seçici iştirakı sürətlə artacaq:

“Güman edirəm ki, bu seçkilər indiyədək beynəlxalq müşahidəçi qismində iştirak etdiyim ən yaxşı seçki proseslərindən biridir”.

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi