Biləsuvarda 118, Lənkəranda 113 yaşlı seçici səsvermədə iştirak edir

Lənkəran yerləşən dairə seçki komissiyalarında seçki prosesinə start verilib. Lənkəran rayonunda ümumilikdə 4 dairə seçki komissiyası fəaliyyət göstərir.

73 saylı Lənkəran şəhər Dairə Seçki Komissiyası üzrə ümumilikdə 28 məntəqədə səs verəcək vətəndaşların sayı 35 min 491 nəfərdir. Bunlardan da 600 nəfəri ilk dəfə səsvermə hüququndan istifadə edəcək. 12 məntəqədə veb-kamera quraşdırılıb.

Seçki prosesini 203 nəfər müşahidəçi izləyir. Dairə üzrə qeydiyyatda olan ən yaşlı seçicinin 92 yaşı var.

74 saylı Lənkəran kənd Dairə Seçki Komissiyasına isə 39 məntəqə daxildir. Bu məntəqələr üzrə 34892 nəfər səs verəcək. 90 seçici ilk dəfə səsvermə hüququndan istifadə edir. 9 məntəqədə əlil arabaları üçün pandus, 5 məntəqədə veb-kamera quraşdırılıb. 2 seçicinin yaşı 100-dən yuxarıdır. Seçki prosesini 347 müşahidəçi izləyir.

75 saylı Lənkəran-Masallı Dairə Seçki Komissiyası üzrə 29-u Lənkəran, 12-i isə Masallıda olmaqla, ümumilikdə 41 məntəqədə səs verəcək vətəndaşların sayı 38679 nəfərdir. Bu dairə üzrə ilk dəfə səs verəcək seçicilərin sayı 771 nəfərdir.  6 məntəqədə pandus, 5 məntəqədə veb-kamera quraşdırılıb. Məntəqədə qeydiyyatda olan ən yaşlı seçici 1905-ci il təvəllüdlüdür.

76 saylı Lənkəran-Astara Dairə Seçki Komissiyası üzrə isə 45 məntəqə fəaliyyət göstərir. Onlardan 20-i Lənkəranda, 25-i Astaradadır. Həmin məntəqələrdə 38068 nəfər səs verəcək. 2 məntəqədə pandus, 6 məntəqədə veb-kamera quraşdırılıb. İlk dəfə səs verən seçicilərin sayı isə 43 nəfərdir.

Qeyd edək ki, cənub bölgəsinin  7 rayonu üzrə ümumilikdə 13 dairə seçki komissiyasında 622 məntəqə fəaliyyət göstərir və 502173 seçici qeydiyyatdadır. Seçicilərin 8808 nəfəri ilk dəfə səsvermə hüququndan istifadə edəcək.

Məntəqələrin 64-də pandus, 96-da veb-kamera quraşdırılıb. 25 seçicinin yaşı 100-dən yuxarıdır. Seçki prosesini izləmək üçün 6821 müşahidəçi qeydə alınıb.

Bölgənin ən yaşlı seçicisi isə 118 yaşlı Biləsuvar rayon sakini Səftər Həsən oğlu Qurbanovdur. Apa.az

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi