Sabunçu birinci seçki dairəsinin bütün məntəqələrində səsvermə prosesi demokratik qaydada davam edir

Sabunçu birinci seçki dairəsinin bütün məntəqələrində səsvermə prosesi demokratik qaydada davam edir. Sabunçu birinci seçki dairəsi dairə seçki komissiyasının sədri Hacı Əliyev 50 min 435 seçicisi olan dairə seçki komissiyasının ərazisində 37 daimi seçki məntəqəsinin fəaliyyət göstərdiyini bildirib.

Qeyd edib ki, məntəqələrin 10-da veb-kameralar quraşdırılıb. Seçki məntəqələrində komissiya üzvlərinin və müşahidəçilərin normal fəaliyyəti, seçicilərin öz səslərini sərbəst şəkildə həyata keçirmələri üçün hər cür şərait yaradılıb.

Qeyd olunub ki, bu il Sabunçu birinci seçki dairəsi üzrə 202 gənc ilk dəfə səs verir. Həmin gənclər səsvermə prosesi ilə bağlı ətraflı məlumatlandırılıblar. Fiziki imkanları məhdud vətəndaşların səs vermələri üçün 10 daşınan seçki qutusu müraciətlər əsasında ünvanlara çatdırılır. Həmçinin sərbəst hərəkət imkanı məhdud olan bir əlil öz istəyi ilə seçki məntəqəsində səs verməsi üçün əlil arabası ilə təmin edilib. Sabunçu birinci seçki dairəsində qeydiyyatda olan seçicilərdən 117-si öz ərizələrinə əsasən, başqa məntəqələrdə səs vermək üçün qeydiyyatdan çıxarılıb.

Səsvermə prosesi 27 saylı Sabunçu ikinci və 28 saylı Sabunçu üçüncü seçki dairələri dairə seçki komissiyalarının məntəqələrində də şəffaf və demokratik şəraitdə davam edir.

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi