İsveçrədəki vətəndaşlarımız Berndə yaradılan seçki məntəqəsində səs verirlər
Azərbaycan Respublikası Prezidentinin seçkiləri ilə əlaqədar səsvermə İsveçrədə də keçirilir. Sechki-2018.az saytının xəbərinə görə, aprelin 11-də yerli vaxtla səhər saat 8-də paytaxt Bern şəhərində Azərbaycanın bu ölkədəki səfirliyində yaradılmış seçki məntəqəsində prezident seçkilərinə start verilib.
Səsvermə prosesi Azərbaycan Respublikasının Konstitusiyası, Seçki Məcəlləsi və bu sahədəki digər qanunvericilik aktlarına uyğun aparılır. Məntəqə lazımi əyani vəsaitlərlə təmin edilib, burada səs verəcək seçicilərin siyahısı tərtib olunub. Konsulluq şöbəsinin qeydiyyatında olan 100-ə yaxın Azərbaycan vətəndaşı seçkilər barədə məlumatlandırılıb.