Azərbaycanın ən yaşlı seçicisi səs verib

Azərbaycanın ən yaşlı seçicisi səs verib. Sechki-2018.az saytının xəbərinə görə, üç əsrin şahidi olan 124 yaşlı Səmərqə Allahverdiyeva 94 saylı Bərdə kənd Seçki Dairəsinin Xəsili kənd tam orta məktəbində yerləşən 30 saylı seçki məntəqəsinə gələrək səsvermədə iştirak edib.

1894-cü il təvəllüdlü Səmərqə Allahverdiyeva deyib ki, 8 övladı, 60 nəvəsi, 87 nəticəsi, 17 kötücəsi var. Dəfələrlə Prezident, parlament və bələdiyyə seçkilərində iştirak edib. O, səsverməyə ailə üzvləri ilə birgə gəlib: “Qabaqcıl pambıqçı kimi müxtəlif döş nişanları ilə təltif edilmişəm. Bu gün 124 yaşda səsvermədə iştirak etdiyimə görə özümü xoşbəxt sanıram.”

Qeyd edək ki, 94 saylı Bərdə kənd Seçki Dairəsi üzrə qeydə alınan seçicilərin 1136-nın yaşı 80-100 arası, 10 seçicinin yaşı isə 100-dən yuxarıdır.
  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi