Moskvadan dünyaya çağırış kimi BƏYANAT

Rusiya Federasiya Şurasının beynəlxalq məsələlər üzrə komitə sədrinin 1-ci müavini Vladimir Cabarov “Skripal işi” ilə əlaqədar Rusiyanın ABŞ-dakı aktivlərinin mümkün həbsini şərh edib.

Senatorun sözlərinə görə, bu, beynəlxalq investorların ABŞ-dan kütləvi axınına gətirib çıxaracaq.

“İlk növbədə Çin və başqa ölkələrin investorları ABŞ-ı tərk edəcək. Rusiya aktivlərinin həbsi dəqiq siqnal olacaq ki, Amerika iqtisadiyyatına pul qoymaq təhlükəlidir və şəxsi kapital orada heç bir qanunla qorunmur”, – Cabarov bildirib.

Onun sözlərinə görə, Rusiya aktivlərinin mümkün həbsi silahlı hücumla müqayisə ediləcək.

Quldurlar belə hərəkət edirlər: hücum edirlər və əmlakı ələ keçirirlər. Bu əsl soyğunçuluqdur”- senator deyib.

Daha əvvəl ABŞ-ın Rusiyadakı səfiri Con Hantsman “Skripal işi”nə görə Rusiyanın ABŞ-dakı aktivlərinin həbsi imkanını istisna etməyib.

Xatırladaq ki, martın 4-də Britaniya xüsusi xidmətlərinə casusluqda günahlandırılan və hazırda İngiltərədə yaşayan Sergey Skripal və onun qızı Solsberi şəhərində ticarət mərkəzində naməlum maddədən zəhərlənərək xəstəxanaya yerləşdirilib.

London Sergey Skripal və qızının zəhərlənməsində birbaşa Rusiyanı ittiham edib. Bir çox ölkə Britaniya ilə həmrəylik nümayiş etdirərək Rusiya diplomatlarının deportasiyası haqqında qərar qəbul edib.”RİA-Novosti”

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi