İlham Əliyev: “Bu gün İranla imzalanacaq sənədlər əməkdaşlığımız üçün yeni imkanlar açacaq”

“İlk növbədə, sizi və bütün qardaş İran xalqını Novruz bayramı münasibətilə təbrik etmək istəyirəm, İran xalqına xoşbəxtlik, firavanlıq arzulayıram. Sizin səfəriniz çox böyük əhəmiyyət daşıyır. Biz son dörd il ərzində on dəfə görüşmüşük və hər bir görüşün böyük mənası, əhəmiyyəti var. Bu illər ərzində İran-Azərbaycan əlaqələri ən yüksək zirvəyə çatıb. Biz məsələləri dostluq, qardaşlıq şəraitində müzakirə edirik. Əldə edilmiş razılaşmalar icra olunur”.

Bunu martın 28-də Bakıda Azərbaycan və İran prezidentlərinin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü zamanı dövlət başçısı İlham Əliyev deyib.

“Biz bu gün məhdud tərkibdəki görüşdə bu barədə danışdıq. Bir daha demək istəyirəm ki, əldə edilmiş bütün razılaşmalar icra olunur və bu, ölkələrimizi bir-birinə daha da yaxın edir. Biz siyasi, iqtisadi, mədəni, energetika, nəqliyyat – bütün sahələrdə uğurlu əməkdaşlıq edirik. Bu əməkdaşlığın gözəl nəticələri var. Bu günə qədər bir çox ikitərəfli sənədlər imzalanıb. Onlar icra edilir. Bu gün də imzalanacaq sənədlər əməkdaşlığımız üçün yeni imkanlar açacaq. İmzalanacaq sənədlər, o cümlədən Xəzər dənizində birgə işləməyimizi, Astara-Rəşt dəmir yolunun tikintisini nəzərdə tutur və digər sənədlər, əlbəttə ki, ölkələrimizi bir-birinə yaxınlaşdırmaq üçün xüsusi əhəmiyyət daşıyır.

Əsas məsələ ondadır ki, biz səmimi əməkdaşlıq edirik. Bizim aramızda çox sıx əlaqələr var. Dövlətlərarası əlaqələr sağlam zəmində qurulur. Qarşılıqlı inam var və nəticələr də bu amillərin bariz təzahürüdür.

Mən bir daha Sizi Azərbaycanda səmimiyyətlə salamlayıram. Əminəm ki, səfər çox uğurlu olacaq və İran-Azərbaycan əlaqələrinin inkişafı üçün yeni imkanlar açılacaq”, – deyə İlham Əliyev bildirib.

 

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi