Səudiyyə vəliəhdi vəhhabiliyi niyə yaydıqlarının səbəbini açıqladı – ŞOK ETİRAF

Səudiyyə Ərəbistanının vəliəhdi, şahzadə Məhəmməd bin Salman, “Vaşinqton Post”un (Washington Post) müəllifi Karen De Yanqa (Karen De Young) verdiyi müsahibədə “soyuq müharibə” dövründə ABŞ-ın tələbi ilə Sovet İttifaqına qarşı vəhhabiliyi yaymağa başladıqlarını deyib.

ABŞ-a iki həftəlik səfərə gedən Məhəmməd bin Salman (MbS), Amerika mediasına soyuq müharibə dövründə rəsmi Vaşinqtonun tələbi ilə kommunizmə qarşı vəhhabiliyi yaymağa necə başladıqlarının təfərrüatlarını danışıb.

Səudiyyə Ərəbistanın hakim ideologiyası olan və bəzi dairələr tərəfindən qlobal terrorizmin mənbəyi kimi göstərilən vəhhabiliyin Səudiyyənin maliyyəsi ilə yayıldığına dair suala cavabında Məhəmməd bin Salman deyib ki, qlobal miqyasda məscid və mədrəsələrə sərmayə qoymalarının kökü gedib soyuq müharibə dövrünə çıxır.

Vəliəhd şahzadə Sovet İttifaqının müsəlman ölkələrlə əlaqələrini inkişaf etdirməsinin qarşısını almaq üçün müttəfiqlərin Səudiyyə Ərəbistanından öz mənbələrini səfərbər etməsini istədiklərini açıqlayıb.

O,Səudiyyə hökumətlərinin bu siyasəti həyata keçirərkən kələfin ucunu itirdiklərini qeyd edib. “İndi hər şeyi geri qaytarmalıyıq” deyən vəliəhd artıq vəhhabiliyin yayılmasının Səudiyyə hökuməti tərəfindən deyil, ona tabe olan vəqflər tərəfindən maliyyələşdirildiyini bildirib.

Ötən gün BMT-nin Nyu Yorkdakı (New York) qərargahında qurumun baş katibi Antonio Quterreslə (Antonio Guterres) görüşən Məhəmməd bin Salman BMT-yə maliyyə yardımı qəbzi təqdim edib. O, bu gün ABŞ-dakı yəhudi lobbilərinin liderləri ilə görüşəcək.

O, martın 20-də ABŞ prezidenti Donald Trampla da görüşüb və onlar pul haqqında söhbət ediblər. Daha sonra Ağ Evdə prezidentin kürəkəni Cared Kuşnerlə (Jared Kushner) görüşən bin Salman onu “əsl insan” adlandırıb.

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi