Millət vəkilləri telestudiyanın dəhlizində əlbəyaxa oldu
Ukrayna Ali Radasının deputatları Vadim İvçenko (“Batkivşina” partiyası) və Aleksey Qonçarenko (Pyotr Poroşenko bloku) yerli telekanallardan birində əlbəyaxa olublar.
Bu barədə digər millət vəkili Anton Qeraşenko “Feysbuk”da yazıb. Onun yazdığına görə, deputatlar arasında mübahisə 5 TV-nin efirində başlayıb və sonradan dəhlizdə davam edib.