Türk Hava Yolları yeni təyyarələr alır

“Türk Hava Yolları”aviaşirkəti 60 geniş gövdəli təyyarə (onlardan 10-u opsion çərçivəsində) alacaq.

Avialayenrlərin 6-sı 2019-cu ildə, 14-ü 2020-ci ildə, 10-u 2021-ci ildə, 12-si 2022-ci ildə, 11-i 2023-cü ildə, 7-si isə 2024-cü ildə şirkətə təhvil veriləcək.

Aviaşirkət 30 “Boeing 787-9” (onlardan 5-i opsion çərçivəsində) və 30 “Airbus A350-900” (onlardan 5-i opsion çərçivəsində) əldə edəcək.MediaZona.az