“Versace” də təbii xəzdən imtina etdi

İtaliyanın məşhur “Versace” Moda Evinin sahibibəsi Donatella Versace “1843” jurnalına müsahibəsində deyib ki, bundan sonra yeni geyim və aksessuarlarda təbii xəzdən istifadə etməyəcək.

“Xəz? Mən daha bu işdə yoxam. Mən dəb xatirinə canlıları öldürmək istəmirəm. Bu düzgün deyil”,- deyə Versace bildirib.

Xatırladaq ki, əvvəllər də “Michael Kors” və  “Jimmy Choo” analoji  bəyanatlar vermişdilər. Bu siyahıda “Armani”, “Calvin Klein”, “Hugo Boss”, “Ralph Lauren” və  “Gucci”də var.