Pakistanda partlayış

Pakistanın Lahor şəhəri yaxınlığında güclü partlayış baş verib. RiaNovosti-nin xəbərinə görə, hadisə nəticəsində 4-ü polis əməkdaşı olmaqla azı 9 nəfər ölüb.

İnsidentin təfərrüatları müəyyənləşdirilir. İlkin versiyaya əsasən, hədəfdə məhz asayiş keşikçiləri olub.

Hadisəyə görə məsuliyyəti hələlik heç bir qruplaşma öz üzərinə götürməyib.