Ermənistan prezidenti Serj Sarkisyan Milli Təhlükəsizlik Şurasının iclasında Ermənistan-Türkiyə protokollarının denonsasiyası barədə məlumat verib.
Bu barədə Erkir Media telekanalına Ermənistan prezidentinin mətbuat katibi Vladimir Akopyan deyib.
“Ermənistan prezidentinin iqamətgahında keçirilən Milli Təhlükəsizlik Şurasının iclası zamanı Serj Sarkisyan Ermənistan-Türkiyə protokollarının ləğvi barədə bəyan verdi”, – Akopyan deyib.







