Əli Kərimli Müsavatı necə aldatdı – gizli mitinq hazırlığı ifşa olundu

Xəbər verildiyi kimi, Milli Şura sədri Cəmil Həsənli müxalifətin birgə mitinqlərinin keçirilməsi ilə bağlı Müsavat Partiyası və REAL hərəkatına müraciət edib.

REAL-ın qərarı həftəsonu gözlənilsə də, Müsavat başqanı Arif Hacılı müraciətə müsbət reaksiya verib. O, özünün facebook hesabında “bizdən müsbət cavab gözləyin” yazıb.

Картинки по запросу Müsavat və Milli Şuranın birgə mitinq

Artıq Müsavatla Milli Şura arasında mitinq müzakirələrinin başlandığı barədə xəbərlər yayılıb. Müzakirələrin ilk anındaca iki qurum arasında narazılıqlar baş qaldırıb. Bu barədə “Yeni Müsavat”a Müsavat Partiyasındakı mənbədən məlumat daxil olub. Narazılığa səbəb isə Əli Kərimlinin növbəti dəfə birliyə qarşı fəaliyyətinin olduğu deyilir. Belə ki, müzakirələr başlayar-başlamaz məlum olub ki, AXCP sədri hələ günlər öncə Bakı Şəhər İcra Hakimiyyətinə martın 4-də aksiya keçirmək üçün müraciət ünvanlayıb. BŞİH isə Milli Şuranın aksiyasına martın 3-nə icazə verib. AXCP sədrinin gizli mitinq hazırlığı isə martın 1-də üzə çıxıb. Müsavat nümayəndələri ilə birlikdə Milli Şura üzvləri BŞİH-ə müraciət edərkən bilinib ki, Ə.Kərimli tamam başqa tarixdə, başqa ünvanda mitinq etmək üçün müraciət edibmiş. Mənbə bildirir ki, bu, Müsavat Partiyasının ciddi narazılığına səbəb olub.

Mənbə onu da bildirir ki, Müsavat və Milli Şuranın birgə mitinq keçirmələri artıq sual altına düşüb.

Похожее изображение

Ə.Kərimlinin Müsavatla birgə mitinqə razılıq verməsinin səbəbi haqda da musavat.com-a məlumat daxil olub.

Məlumatda bildirilir ki, AXCP sədri bu ilin 31 yanvar günü M.Ə.Rəsulzadənin Novxanıdakı heykəlinin ziyarəti zamanı Müsavatın böyük kalonla iştirak etdiyini gördükdən sonra birgə mitinqə razılıq verib. Bildirilir ki, Ə.Kərimli Müsavatın bu gücündən birgə mitinqdə öz təbliğatı üçün istifadə etməyi düşünür.

Xatırladaq ki, Ə.Kərimli digər boykotçu təşkilatların birgə mitinq təklifinə birmənalı yox deyib. Səbəb odur ki, o, heç kimi özünə şərik etmək istəmir. “Gücünü” heç kimlə paylaşmağı düşünmür. İnsan resursu zəif olan təşkilatların yükünü daşımağı sevmir. Amma Müsavatın aksiyalara çox adam çıxara biləcəyini fərt etdiyi üçün bu partiya ilə ortaq mitinqə razılıq verib. Yəqin hər aksiyadan sonra onun yaxın ətrafı “o insanlar bizə görə meydana çıxmışdı” təbliğatı aparacaq.

Ə.Kərimli yaxın dəqiqələrdə facebook üzərindən canlı yayında danışıb. O, martın 4-də Milli Şuranın mitinq keçirməsi üçün BŞİH-ə müraciət etdiklərini və rədd cavabı aldıqlarını bildirib. AXCP sədrinin tələm-tələsik bu məsələni ictimailəşdirməsi ifşa olunduğunun sübutudur. Müsavat Partiyasındakı mənbə bir daha bildirir ki, onlar Ə.Kərimlinin alternativ mitnq hazırlığından bu gün xəbər tutublar.

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi