Xarkovda Xocalı soyqırımı ilə bağlı elmi konfrans keçirilib

Xarkov şəhərində Xocalı soyqrımının 26-cı ildönümünə həsr olunmuş elmi konfrans keçirilib.

Azərbaycanın Xarkov şəhərindəki Fəxri konsulluğunun təşəbbüsü ilə keçirilən tədbirdə Xarkov Vilayət Admnistrasiyasinın nümayəndələri, Azərbaycanın Ukraynadakı səfirliyinin diplomatları, ali təhsil ocaqlarının rektorları, elm və mədəniyyət xadimləri, diaspor və kütləvi informasiya vasitələri nümayəndələri iştirak edib.

Azərbaycanın Xarkov şəhərindəki fəxri Konsulu Əfqan Salmanov 26 il əvvəl erməni silahlı birləşmələrinin Xocalı şəhərində azərbaycanlılara qarşı həyata keçirdikləri amansız soyqırımı hadisəsindən bəhs edib. O son illər Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərliyi ilə “Xocalıya ədalət!” kampaniyası çərçivəsində həyata keçirilən tədbirlərin erməni vəhşiliyinin dünya ictimaiyyətinə çatdırılmasında müstəsna rol oynadığını diqqətə çatdırıb. Tədbirə qatılanlar Heydər Əliyev Fondu tərəfindən hazırlanmış “Qarabağ həqiqətləri” filminə baxmaqla ermənilərin Xocalıda törətdikləri misli görünməmiş vəhşiliklərlə tanış olublar.

Xocalı faciəsini qəddarlıq baxımından insanlığa yönəlik faşizm nümunəsi adlandıran Ukrayna Dövlət Nəqliyyat və Dəmiryolu Universitetinin rektoru Sergey Pançenko, Azərbaycanın Ukraynadakı səfirliyinin müşaviri Vüsal Süleymanov, Xarkov Vilayət Admnistrasiyasının beynəlxalq əlaqələr və millətlər departamentinin rəhbəri Kamasa Marqarita və digər şəxslər belə bir ağır cinayəti törədənlərin beynəlxalq tribunal qarşısında cavab vermələrinin vacibliyini vurğulayıblar.

Anım mərasimində jurnalist Elşad Eyvazlının Ukrayna dilinə tərcümə olunmuş “Böyüməyən uşaqlar” kitabı tədbir iştirakçılarına təqdim olunub. Xocalıda hər iki valideynini itirmiş uşaqların acı xatirələrindən bəhs edən kitab erməni vəhşiliyinin dünya ictimaiyyətinə çatdırılmasında dəyərli əyani vəsait kimi qiymətləndirilib.

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi