Dünyada mövcud olan ikili standartlar səbəbindən Xocalı faciəsinə hələ də lazımi qiymət verilməyib

Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar Azərbaycanın Misirdəki səfirliyinin və burada fəaliyyət göstərən “Vətənpərvər” diaspor təşkilatları birliyinin təşkilatçılığı ilə silsilə tədbirlər keçirilib.

Azərbaycanın Qahirədəki səfirliyində təşkil edən anım tədbirində çıxış edən səfir Tural Rzayev 26 il bundan əvvəl Xocalıda mülki əhaliyə qarşı erməni ordusu və onların havadarları tərəfindən törədilən soyqırımından söhbət açıb. O Xocalı soyqırımına ilk siyasi qiymətin Azərbaycan xalqının ümumilli lideri Heydər Əliyev tərəfindən verildiyini bildirib. Dünyada mövcud olan ikili standartlardan söhbət açan səfir, Xocalı soyqırımını törədən qatillərin hələ də cəzasız qaldığını təəssüf hissi ilə vurğulayıb.

Misirdəki Azərbaycan diasporunun rəhbəri Seymur Nəsirov gənclərimizi sosial şəbəkələrdən daha fəal istifadə etməyə və Xocalı soyqırımı ilə bağlı materialları yaymağı tövsiyə edib. O, eyni zamanda gəncləri Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə uğurla həyata keçirilən “Xocalıya ədalət!” kampaniyasında daha fəal iştiraka çağırdı.

Sonra tədbir iştirakçıları Xocalı soyqırımı ilə əlaqədar səfirlikdə təşkil olunan fotosərgi ilə tanış olub, sənədli filmə baxıblar.

Xocalı soyqırımı ilə əlaqədar Azərbaycan Respublikası Ombudsmanı, Xarici İşlər Nazirliyi və Baş Prokurorluğunun bəyanatları Misirin Xarici İşlər Nazirliyi, Parlamenti və digər təşkilatlara göndərildi.

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi