Türkiyə Suriya ordusunu da susdurdu – Afrinə girən qüvvələr geri çəkildi
Röyters agentliyi Dəməşq tərəfindən dəstəklənən qüvvələrin Afrinə girdiyi barədə xəbərlər yayıb.
Hələbdən yola çıxan silahlıların bir hissəsi artıq bölgəyə çatıb.
Lakin az sonra Türkiyə ordusu həmin dəstələrin daxil olduğu bölgələrə zərbələr endirib. Anadolu agentliyinin məlumatına görə, xəbərdarlıq atəşindən sonra qüvvələr geri qayıtmağa başlayıb.