Özbəkistan səfiri: “Hökumət adından azərbaycanlı iş adamlarının investisiyalarına tam zəmanət verirəm”

Azərbaycanın iş adamlarından ibarət geniş tərkibli nümayəndə heyəti Özbəkistana səfər edib. “OLAYLAR” xəbər verir ki, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayevin başçılıq etdiyi nümayəndə heyətində inşaat-tikinti, qida, proqram təminatı, turizm, maliyyə, qablaşdırma, tekstil və başqa sahələrdə fəaliyyət göstərən şirkətlər təmsil olunurlar.

Səfər zamanı Məmməd Musayevin Özbəkistanın iqtisadiyyat naziri Botir Xodjayev və bir sıra rəsmi şəxslər ilə görüşü nəzərdə tutulub. Azərbaycanlı iş adamları Daşkənd və Səmərqənd şəhərlərində yerli sahibkarlarla görüşlər keçirəcək.

Daşkənddə Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası ilə Özbəkistan Respublikasının Ticarət və Sənaye Palatası arasında anlaşma memorandumunun imzalanması gözlənilir.

Qeyd edək ki, Səfərlə əlaqədar Özbəkistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Şerzod Fayziyev ASK-nın prezidenti Məmməd Musayevlə görüşüb. Ölkədə sahibkarlığın inkişafına Azərbaycan hökumətinin dəstəyindən danışan Məmməd Musayev bildirib ki, son illər ölkədə texnoloji parkların yaradılması, qanunvericiliyin təkmilləşdirilməsi və islahatların aparılması sahibkarlığın inkişifına böyük təkan verib.

Səfir isə öz növbəsində bildirib ki, Özbəkistanın yeni rəhbərliyi altında ölkədə prioritet sahələrin inkişafı ilə bağlı beş illik strateji plan qəbul olunub və bu istiqamətdə ölkəsinin Azərbaycan təcrübəsindən öyrənə biləcəyi çox şey var. Səfir qeyd edib ki, Özbəkistanda həyata keçirilən islahatlar həmçinin dövlət-özəl tərəfdaşlığının gücləndirilməsini və investisiya mühitinin yaxşılaşdırılmasını əhatə edir. Diplomat Özbəkistan hökuməti adından azərbaycanlı iş adamlarının investisiyalarına tam zəmanət verdiyini bildirib: “Diplomatik missiyanın rəhbəri olaraq şəxsən azərbaycanlı iş adamlarının Özbəkistandakı investisiyalarına tam zəmanət verirəm,”- deyə səfir bildirib.

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi