İsrailin müdafiə nazirinə sui-qəsddə “erməni izi”

“İsrailin müdafiə naziri Avigdor Libermana sui-qəsd cəhdində “erməni izi”nin olması istisna deyil”.

 

APA-nın məlumatına görə, müdafiə nazirinin sabiq müavini, istefada olan general-leytenant Çingiz Məmmədov bunu İsrailin müdafiə naziri Avigdor Libermana sui-qəsd cəhdi barədə yayılan məlumatları şərh edərkən deyib.

 

Ç. Məmmədov qeyd edib ki, İsrail-Azərbaycan münasibətlərinin, xüsusilə də hərbi sahədə əməkdaşlığının inkişafı erməni tərəfinin daim ciddi narahatlığı ilə qarşılanıb.

 

“Elə bu yaxınlarda Ermənistan parlamentinin nümayəndə heyətinin İsrailə səfəri zamanı məhz Libermanın Azərbaycanı açıq-aydın dəstəkləməsi barədə verdiyi bəyanatlar da erməni deputatlarını son dərəcə məyus edib.

 

Onu da xüsusi qeyd etmək lazımdır ki, erməni nümayəndə heyətinin İsrailə nəticəsiz, iflasa uğramış səfərindən dərhal sonra sui-qəsdin baş verməsi onun hələ səfər öncəsi planlaşdırıldığını ehtimal etməyə əsas verir.

 

Ermənistanın kriminal rejimi beynəlxalq terror təşkilatları, o cümlədən anti-israil qüvvələri ilə sıx və qarşılıqlı əlaqədə sui-qəsdlər və terror aktlarından məqsədlərinə nail olmaq üçün daim istifadə edirlər. Bildiyimiz kimi bu üsuldan istifadə hətta bir çox erməni təşkilatlarının nizamnamələrində də əksini tapıb.

 

Dünyanın müxtəlif ölkələrində, məsələn Parisdə, Moskvada, İstanbulda və bir çox digər yerlərdə törədilən terror aktlarında və sui-qəsdlərdə ermənilərin birbaşa iştirakı öz təsdiqini tapıb. Heç şübhəsiz ki, bu terror aktında da ermənilərin bilavasitə əli olması istisna deyil. Bu fikri təsdiq edən faktlardan biri də Ermənistanın israrlı cəhdlərinə baxmayaraq İsrail parlamentinin qondarma “erməni soyqırımını” qəbul etməməsidir”, – deyə sabiq nazir müavini vurğulayıb.

 

Qeyd edək ki, “Jerusalem Online” portalı müdafiə naziri A. Libermana qarşı planlaşdırılan terror aktının qarşısının alındığı barədə məlumat yayıb. Məlumatda bildirilir ki, terrorçular müdafiə nazirinin maşın karvanının yolunda bomba partlatmağı planlaşdırıblar.

 

İsrail xüsusi xidmət orqanları terror aktını hazırlayan 6 nəfər saxlayıb. Saxlanılanların “Fələstin İslam Cihadı” qruplaşmasının üzvləri olduğu bildirilir.

 

Bu qruplaşma ABŞ, Avropa İttifaqı və bir neçə ölkə tərəfindən terrorçu təşkilat kimi tanınıb. Qruplaşma İsrail dövlətinin məhvinə çağırır.

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi