bodrum escortgaziantep escortgaziantep escortmaltepe escortbostancı escortanadolu yakası escortizmir escortankara escortataşehir escortNine casinoDrift casinoMebbismatbetholiganbettrendyol indirim kodutipobetCasibomvevobahistipobetparbahisistanbul escortslot siteleri https://en-iyi-10-slot-siteleri.comstarzbet adamsah.netcasibomtipobet

“Xətai ana qatilidir” iddiasına tarixçi alimdən sərt cavab

Dilavər Əzimli: “Türk tarixçiləri hər iki dövlətin əlaqələrinə xələl gətirmək yolunu tutublar”

Türkiyə mətbuatında Səfəvi hökmdarı Şah İsmayıl Xətai ilə bağlı dərc olunan məqalə ölkəmizdə ciddi etiraz doğurub. Türk tarixçi-yazarı Latif Salihoğlunun müəllifi olduğu məqalədə Xətainin ünvanına indiyə qədər səslənməyən ciddi ittihamlar yer alır. Bu barədə virtualaz.org yeniasya.com saytına istinadən məlumat yayıb.
Məqalədə müəllif Xətaini İran şahı, qurduğu dövləti isə İran dövləti kimi qələmə verib. L.Salihoğlu bir qədər də irəli gedərək Səfəvi hökmdarını “ana qatili” adlandırıb.

“Avşar türklərindən olan Şah İsmayıl 1501-ci ildə Ağqoyunlu dövlətini yıxaraq Səfəvi dövlətini qurub, İran, Azərbaycan, İraq və Anadolunu hakimiyyəti altına almışdı. Şah İsmayıl İranda hakimiyyətə gələr-gəlməz şiəliyi dövlətin rəsmi dini elan etmişdi. Əsasən siyasətə gəlməzdən öncə və iqtidar taxtında oturmazdan əvvəl kifayət qədər mülayim olan şair Şah İsmayıl iqtidara keçdikdən sonra birdən-birə dəyişdi, zülmkarlıqda sərhəd tanımaz hala gəldi. Məsələn, məğlub etdiyi özbək hökmdarının kəlləsindən (Şiban xan nəzərdə tutulur – red.) qədəh düzəltdirərək şərab içdi. Sünni olan anası Aləmşahbəyimi gözünü qırpmadan edam etdirib”, – deyə müəllif iddia edir.

L. Salihoğlu həmçinin Şah İsmayıl Xətainin “ana qatili” olmasını həmin dövrdə verilmiş “fərman”la əsaslandırır. O, qeyd edir ki, həmin tükürpədici fərman 1501-ci ildə sentyabrın 17-də verilib. Tarixçi həmçinin iddia edir ki, Şah İsmayıl, sadəcə, anasını və özbək əsilli dayılarını öldürməyib, həm də sünni təriqətinə mənsub olan türk və kürdlərin də kütləvi şəkildə zəhərlənmələrinə, qətliamlarına fərman verib.

Qeyd edək ki, vaxtaşırı Xətai əleyhinə Türkiyə mətbuatında xəbərlər dərc olunur. Düzdür, azərbaycanlı tarixçilər anındaca tarixi faktlarla əks tərəfi susdururlar. Amma bununla belə, bu tipli məqalələrin ardı kəsilmir. Xətaiyə Azərbaycan tərəfin tam sahib çıxmadığına, ona qarşı olan ittihamlara göstərilən zəif reaksiyalara görə görkəmli Azərbaycan hökmdarının bu cür xoşagəlməz hallarla üzləşdiyi dilə gətirilir.

Tarixçi alim Dilavər Əzimli H.Salihoğlunu top atəşinə tutdu: “Əvvəla, o adam tarixçi deyil, adi bir yazardır. Məntiqi yalnız xəyallardan, xülyalardan ibarətdir. O, ağzına gələni danışır, şər-böhtanlarla dolu fikirlər səsləndirir. Əvvəla, 1501-ci ildə belə bir fərman verilməyib. O, gözünün içinə kimi yalan danışır. Xətaiyə heç zaman nə sünni, nə də şiə demək olmaz, o sufidir. Yaratdığı dövlət də sufi dövlətidir. 1534-cü ilə qədər Səfəvi dövləti tam sufi qaydalarla idarə olunub. 1534-cü ildən sonra şəriət qaydaları orada yer tutmağa başlayıb. Bunun da səbəbləri var ki, bu da çox geniş mövzudur. Hesab edirəm ki, bu mərhələdə Azərbaycan və Türkiyənin dövlət maraqları ola bilməz. Sadəcə, hər iki dövlətin münasibətlərinə xələl gətirən, xaricə işləyən şəbəkələri aradan qaldırmaq lazımdır. Onların bu tipli yazıları, mövqeləri Azərbaycan-Türkiyə əlaqələrinə xələl gətirmək üçün məqsədli şəkildə edilir. Çünki hər iki dövlətin əlaqələrinə zərbə vurmaq üçün daha çox keçmiş tarixə doğru getmək, ən çox da Xətai-Sultan Səlim dövrünü qabartmaq olar. Türkiyə-Azərbaycan bir millət, bir dövlət istiqamətinə doğru gedir. Bunun da qarşısını almaq lazımdır. Onun üçün də Hafif Salihoğlu kimi insanları ortaya atırlar. Bundan əlavə, Cənubi Azərbaycanda 35 milyon türk Təbriz-Bakı-Ankara qışqırır. Bu da Qərbə işləyən şəbəkələri qorxudur. Məsələnin kökündə o zaman bura göndərilən Avropa casusları adlanan səyyahların sərsəmləmələri dayanır. Mən tarixi faktlarla deyil, mənə çatan söyləntilərdən danışacam. Belə fikirlər var ki, o zaman Xətainin atası Şeyx Heydərin guya ikinci bir həyat yoldaşı olub. Əvvəla, Şeyx Heydər 28 yaşında şəhid olub. Onun şəhid olduğu vaxt yalnız bir xanım haqqında söhbət gedir ki, o da Aləmşahbəyimdir. Söyləntilərə əsasən, guya Şeyx Heydər şəhidlik zirvəsinə qalxanda onun ikinci arvadı onun başını kəsən şəxsə ərə gedir. Türkiyədə olan tarixçilər də bunu yazanda ögey ana kimi qeyd edirlər. Xətai hakimiyyətə gələndə orada yığılan dərgah üzvləri bu xanımı öz həyat yoldaşına qarşı etdiyi hərəkətə görə guya onun qətlinə fərman verirlər. Burada söhbət ögey anadan gedir. Mənbələrdə bunların heç birinə rast gəlməmişəm. Bunları Türkiyədə olan əsl tarixçilər də ögey ana kimi təqdim edirlər. Aləmşahbəyim 1523-cü ildə dünyasını dəyişir, yəni Xətaidən bir il qabaq. Ərdəbildə Səfəvi dərgahına baxsalar, oradakı qəbirlərdən bunu görərlər. Dərgahın girəcəyində Aləmşahbəyimin məzarıdır. Orada Uzun Həsənin qızı olduğu qeyd olunur. Düşünürəm ki, bu yazını oradan kopyalayıb, Azərbaycan-Türkiyə münasibətlərinə xələl gətirənlərin gözünə soxmaq lazımdır. Aləmşahbəyim Xətai taxta çıxandan sonra da öz məsləhətləri ilə ona ciddi dəstək olur. Əgər Xətai sünniləri qırdırıbsa, o zaman Astara və digər yerlərdə nə üçün çoxsaylı sünni qalırdı? Niyə bu qədər yalan danışırsınız. Təəssüflər olsun ki, bu tipli türk tarixçiləri hər iki dövlətin əlaqələrinə xələl gətirmək yolunu tutublar”.

Tarixçi alim türkiyəli yazara suallar ünvanladı: “Sən Tufan Gündüzü tanıyırsan? Heç olmasa onun yanına get və Səfəvi dövləti haqqında bir-iki kəlmə öyrən. Onun dedikləri türkçülüyə təhqirdir. Ona görə dərsliklərə böyük ehtiyac var ki, bu cür yalanların qarşısı alınsın. Xətai bütün türk dünyasının sevimli sərkərdəsi, şairidir. Söhbət sahib çıxmaqdan getmir, ona olan sevgi sahib çıxmanın əsas növüdür. Burada söhbət türk dövlətlərinin birliyinə qarşı olanların məkrli niyyətlərindən gedir. Amma istənilən halda dövlət səviyyəsində Xətai ilə bağlı baş verənlərə daha çox reaksiya verilməlidir. Bu il Xətainin anadan olmasının 530 illiyi tamam oldu, ən azından bunu yüksək səviyyədə qeyd etmək olardı”. / Yeni Musavat