Amerikalı həmsədr: Kəlbəcər və 5 rayon Azərbaycana qaytarılır – TƏCİLİ

Rusiya prezidenti Vladimir Putinlə Ermənistan prezidenti Serj Sarkisyanın Soçi görüşündəndərhal sonra ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri Riçard Hoqland münaqişənin əsas nizamlanma bəndlərini açıqlayıb. “Amerikanın səsi” radiosunun saytında “təcili” üstbaşlığı ilə verilmiş bəndlərdə qeyd edilir ki, Dağlıq Qarabağ ətrafında Ermənistan tərəfindən tutulmuş rayonlar Azərbaycanın nəzarətinə qaytarılmalıdır. Həmçinin bütün məcburi köçkünlər əvvəl yaşadıqları ərazilərə qaytarılmalıdır. Təkliflərdə Ermənistana güzəşt sayıla biləcək bəndlər də var. Məsələn, Hoqland Ermənistanla Dağlıq Qarabağı birləşdirən dəhlizin olmasının vacibliyini vurğulayır. Onun sözlərinə görə, bu dəhliz elə geniş olmalıdır ki, daşımaların təhlükəsizliyini təmin etsin, amma bütün Laçın rayonunu əhatə edə bilməz. Həmçinin qeyd edilib ki, Bakının nəzarət etmədiyi və keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinə daxil olan ərazilərə təhlükəsizliyə zəmanət və muxtariyyət verən müvəqqəti status verilməlidir. Lakin belə görünür ki, Ermənistana edilən güzəştlər erməniləri elə də sevindirmir. Məsələn, erməni jurnalist İosif Kubatyan “Reqnum”da yazdığı məqaləsində Amerikalı həmsədrin çıxışının təsadüfi olmadığını bildirir. Onun sözlərindən belə anlaşılır ki, son günlərdə Ermənistanın Avropa Birliyi və NATO ilə münasibətlər qurması Rusiyanı əsəbləşdirib və Moskva Ermənistanı Azərbaycan üçün daha yumşaq olan varianta razılaşmağa məcbur edib. Məsələn, Rusiyanın təklif etdiyi köhnə variantda dəhlizin gözünə Kəlbəcər də qatılmışdı. Kubatyan Hoqlandın Rusiyanın yeni variantını səsləndirdiyinə işarə vurub. Ermənistanda dərc olunan “Lragir” portalının baş redaktoru Haykazn Qaqriyanın reaksiyası isə daha sərt olub. O, Hoqlandın bazar ertəsindən sonra öz yerini Endryu Şeferə verdiyi xatırladaraq ABŞ-ı həmsədrin vida çıxışında bütün əvvəlki fəaliyyətini darmadağın etdiyini iddia edib. Daha öncə Hoqland “Azadlıq” radiosuna verdiyi müsahibəsində status-kvonun möhkəmləndirilməsinin tərəfdarı kimi çıxış etmişdi. Ümumiyyətlə, erməni siyasətçilərin əksəriyyəti düşünürlər ki, Ermənistan Qarabağ ətrafındakı rayonları geri qaytarmamalıdır və Kosovo variantının təkrarlanmasına nail olmalıdır. Buna görə də yalnız Dağlıq Qarabağın və Laçın dəhlizinin Azərbaycandan qoparılması ilə razılaşmır və keçmiş Şaumyan rayonunun, həmçinin Çaykənd zonasının da ələ keçirilməsinə çağırırlar. Keçmiş dövlət müşaviri, politoloq Qabil Hüseynli İstiPress-ə müsahibəsində Hoqlandın səsləndirdiyi variantın Azərbaycan üçün əlverişsiz olduğunu bildirib: “Dağlıq Qarabağa və Laçın dəhlizinə müvəqqəti statusun verilməsi həmin ərazilərin Azərbaycanın hüquqi nəzarətindən çıxarılması deməkdir. Azərbaycan həmişə münaqişənin ərazi bütövlüyü prinsipi əsasında həll edilməsinə çalışmalıdır. Bu məsələdə Qərblə Rusiyanın mövqeləri çox yaxındır və onlar aralıq statusu Azərbaycana qəbul etdirmək istəyirlər. Amma rəsmi Bakı bunu heç zaman qəbul etməyəcəyini dəfələrlə vurğulayıb”. Təbii ki, Azərbaycanın münaqişəni hərb yolu ilə nizamlamağa hüquqi ixtiyarı var. Amma bununla belə, Azərbaycan diplomatiyası həm Rusiyanın, həm də qərbin aralıq status variantından imtina etməsinə nail olmalıdır. Çünki qərbdə münaqişənin yalnız ərazi bütövlüyü prinsipi çərçivəsində həllinin tərəfdarları var və Almaniya kansleri Angela Merkel bunu keçən il aprel döyüşlərindən sonra Serj Sarkisyanla birlikdə keçirdiyi brifinqdə bildirmişdi. Sadəcə, bu fikrin qərbin bütün siyasi elitasına hakim kəsilməsinə nali olunmalıdır. Həm də Moskvanı başa salmaq lazımdır ki, ərazi bütövlüyü prinsipinin arxa plana keçirilməsi Rusiyanın dağılmasına və sərhədlərindən Terekdən şimala və Volqadan qərbə dartılmasına səbəb ola bilər./ İstiPress

  • Oxşar xəbərlər

    Adnan Əhmədzadə Rusiyanın “Lukoil” şirkətinin prezidenti ilə gizli əməkdaşlıq edib

    Hazırda həbsdə olan iş adamı Adnan Əhmədzadənin Rusiyanın “Lukoil” şirkətinin prezidenti Vahid Ələkbərovla gizli əməkdaşlıq əlaqələri üzə çıxıb. Bu barədə “VÇK-OQPU” nəşrində araşdırma məqaləsi dərc olunub. Nəşr yazıb ki, bu…

    Azərbaycanda 17 nəfər tüstüdən zəhərləndi

    Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə 05.12.2025-ci il tarixində saat 13:40 radələrində 17 nəfər (13 nəfər qadın cinsi, 4 nəfər kişi cinsi olmaqla) tüstüdən zəhərlənmə şübhəsi ilə hospitalizasiya…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    II Qareginə qarşı əməliyyat başlandı

    • Noyabr 3, 2025
    II Qareginə qarşı əməliyyat başlandı

    Tehranda içməli su böhranı yaşanır

    • Noyabr 3, 2025
    Tehranda içməli su böhranı yaşanır

    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    • İyun 30, 2025
    Qonşu ölkələrdən İrana qarşı istifadəyə dair iddialar rədd edilib

    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    • Yanvar 25, 2025
    Dünyanın ən hündür körpüsü Eyfel qülləsindən iki dəfə yüksəkdir

    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    • Yanvar 15, 2025
    PKK terror təşkilatının rəhbəri Abdullah Öcalanın tərəfdarlarına müraciət edəcəyi gözlənilir

    HƏMAS da atəşkəsə hazırdır

    • Noyabr 27, 2024
    HƏMAS da atəşkəsə hazırdır