Məktəb direktoru ilə aktyorun davası böyüdü

Aqil Abbas: “O videoda Rza həyatdakı idi, bu dəfə aktyor direktor idi”

Tanınmış aktyor Rza Rzayevin 220 saylı məktəb-liseyin direktorunu təhqir edərək hədələməsi ilə bağlı məsələ gündəmdə olan mövzulardandır. Baş vermiş bu olayla bağlı cəmiyyətdə çoxsaylı fikirlər var. Xüsusən də sosial şəbəkədə gedən müzakirələrdə fikirlər haçalanır. İnsanlar arasında R.Rzayevin direktorla o tonda, o cür ifadələrin müşayiəti ilə danışmasını doğru hesab etməyib onun “oynadığı rolların təsiri altından çıxa bilmədiyini” iddia edənlərlə yanaşı, haqsızlığa uğrayan aktyorun hərəkətlərinə haqq qazandıranlar  da var.

R.Rzayev isə müsavat.com-a geniş müsahibəsində bu olayın başvermə səbəblərinə toxunub. Bildirib ki, söhbət direktorun əxlaqsız davranışlarından və ona layiqli cavab verməsindən gedir. O, direktorun hər bir müəlliməni çağıraraq onlardan atmacalarla adının mənasını soruşduğunu deyib. O, eyni zamanda direktorun bir çox qanunsuz hərəkətlərə yol verdiyini və bu barədə faktları istintaq orqanlarına təqdim edəcəyini deyib. R.Rzayev eyni zamanda artıq polis orqanlarına baş vermiş hadisə ilə bağlı ifadə verdiyini də deyib. Özünü “Azərbaycan qadınlarının şərəfini qorumaq” missiyasının daşıyıcısı adlandıran müsahibimiz buna görə hansısa cəza alacaqsa, bunu qəbul edəcəyini də vurğulayıb (müsahibənin geniş versiyası ilə müsavat.com saytında tanış ola bilərsiniz – S.T.)

“Yeni Müsavat”  gün ərzində 220 saylı məktəb-liseyin direktoru Tural Mirzəyevlə əlaqə saxlamağa cəhd göstərsə də, məktəbdən direktorun Bakı Şəhər Baş Təhsil İdarəsinə çağırıldığını, daha sonra isə telekanallara müsahibə verdiyini deyiblər. Amma T.Mirzəyev “Qafqazinfo”ya açıqlamasında R.Rzayevin iddialarını əsassız adlandırıb: “Mənim Tural Mirzəyev olaraq bir neçə ictimai vəzifəm var. Onlardan biri məktəb direktorluğudursa, digəri kiminsə atası, kiminsə oğlu, qardaşı olmağımdır. Kim məni tanıyırsa, bilir ki, elə bir insan deyiləm. O, məni direktor kimi görüb gəlib və mən əxlaqımı, təmkinimi qoruyub etik qaydalarda ictimai borcumu yerinə yetirməyə məcbur olmuşam. Direktor olaraq bilirəm ki, yuxarı instansiyalar var və burada mənim hər hansı bir əlavə söz deməyimə ehtiyac yoxdur. Hazırda direktor kimi məktəbin, rəhbərliyin adını təmizə çıxarmaq üçün çalışıram. Ancaq daha sonra mən bir şəxs kimi öz hüquqi mübarizəmə başlayacam. Mənim bir ailəm var və həmin şəxs ailəmi təhqir edib. Səs yazısında bəzi səhvlər var, o, mənim anama, bacıma nəsə deyə bilməz. Ancaq mənə qarşı deyilmiş hələ çox ifadələr də var ki, o videoda yoxdur. Hazırda, sadəcə, qanuna sığınmışam”.

Aqil Abbas ile ilgili görsel sonucu

Gördüyünüz kimi, ortada mübahisə edən tərəflərin bir-birindən ziddiyyətli açıqlamaları var. Millət vəkili Aqil Abbasın “Dolu” filmi ilə məşhurlaşan R.Rzayev barədə isə ən maraqlı açıqlamanı elə A.Abbas verdi. “Yeni Müsavat”ın müxbiri ilə söhbətində millət vəkili bildirdi ki, 6 ildir Rza ilə dostluq edir: “Rza həyatında bu günə qədər nə kiminsə xətrinə dəyib, nə də kimisə təhqir edib. Uşaq kimi saf və təmizdir. Belə bir adamın bu hərəkəti də səbəbsiz deyil və ola da bilməz. Mən də durduğum yerdə gedib heç kimlə dalaşmaram. Təbii ki, bu hadisənin bir yaranma səbəbi var idi. Amma bu, yenə də ona gedib kimisə təhqir etməyə haqq vermir. O videoda bir şey var idi: Rza həyatdakı idi, bu dəfə aktyor direktor idi. Çünki o, çəkilişin olduğundan xəbərdar idi. Nağd bilir ki, çəkirlər. Rza da səbirsizlik etdi.  Bu, gözlənilməz məsələ idi. Təbdən çıxarmaq məsələsi var. Təbdən çıxarmaq məsələsi ilə çoxları maraqlanmır, nəticə ilə maraqlanır. Məktəb direktoru bu görüntünü bütün saytlara paylayıb”.

Müsahibimiz eyni zamanda dedi ki, R.Rzayev bu hadisədə şöhrətin gücündən istifadə etməyib. Onun sözlərinə görə, aktyorun yanında bir söz danışanda dərhal qızarır: “O, bu günə qədər populyarlığından istifadə etməyib. O, İstanbulda rejissorluq təhsili alıb. Mən ora da getmişəm. Orda insanlar da onun təvazökarlığından heyrətə gəlirdi. Rza populyarlığından istifadə etsə, evini satıb kino çəkməzdi. Gedərdi kiminsə yanına, deyərdi ki, mənə 50-100 min pul lazımdır kino çəkmək üçün. Və onu Rzaya verərdilər. Onu sevənlər, dostlar var”.

A.Abbas bu olayla bağlı yazdığı  “Zalım dostların, zalım qardaşların qardaşı “Drakon”” yazısında isə qeyd edib ki,  Rzanın hərəkəti xoşagələn olmasa da, bunun arxasındakı məqamlara nəzər yetirmək lazımdır: “Görən kiminsə əzizi hər hansı bir haqsızlıqla, təhqirlə, xoşagəlməz bir hadisə ilə qarşılaşarsa, həmin kimsələr özlərini necə aparar?… Bu məsələyə qanun çərçivəsində baxılarsa, elə birinci Rzanın qələmə aldığı və faktlara söykənən məsələ araşdırılmalıdır. Həm Təhsil Nazirliyi tərəfindən, həm də hüquq-mühafizə orqanları tərəfindən. Rza da yəqin ki, hər hansı bir cəzanı məmnuniyyətlə qəbul edər”.

Təhsil Nazirliyi İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Cəsarət Valehov isə “Yeni Müsavat”a açıqlamasında bu hadisə ilə bağlı hazırda araşdırma aparıldığını dedi. Müsahibimizdən araşdırma çərçivəsində R.Rzayevin məktəb rəhbərliyi ilə bağlı iddialarının da araşdırılıb-araşdırılmadığını soruşduq. Dedi ki, hazırda ancaq R.Rzayevlə məktəb direktoru arasında baş verən hadisənin detalları araşdırılır.

  • Oxşar xəbərlər

    Prezident İlham Əliyev Ümumdünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün İsveçrəyə səfər edib

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ümumdünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün yanvarın 19-da İsveçrə Konfederasiyasına səfər edib. Dövlətimizin başçısını və birinci xanım Mehriban Əliyevanı Sürix şəhərinin beynəlxalq hava…

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    “Əgər Qrenlandiyanı almasaq, Rusiya və ya Çin alacaq. Mən buna icazə verməyəcəyəm”. ABŞ Prezidenti Donald Tramp Ağ evə qayıdarkən təyyarədə jurnalistlərə açıqlamasında belə deyib. O bildirib ki, ABŞ Qrenlandiyanı bu…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    İsveçrədə barda baş verən yanğında həlak olanların şəxsiyyəti müəyyən edilib

    • Yanvar 5, 2026
    İsveçrədə barda baş verən yanğında həlak olanların şəxsiyyəti müəyyən edilib