Ərdoğan Latın Amerikası ölkələrinə səfərini təxirə saldı
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Latın Amerikası ölkələrinə səfərini təxirə salıb.
Trend-in məlumatına görə, dövlət başçısı Vatikana səfərindən sonra Braziliya, Paraqvay və Venesuelaya getməyi planlaşdırırdı.
Latın Amerikasına səfərin ləğv edilmə səbəbi barədə məlumat verilmir.
Qeyd edək ki, R.T.Ərdoğan fevralın 5-də Roma Papası Fransiskin dəvəti ilə Vatikana səfər edəcək.