Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Latın Amerikası ölkələrinə səfərini təxirə salıb.
Trend-in məlumatına görə, dövlət başçısı Vatikana səfərindən sonra Braziliya, Paraqvay və Venesuelaya getməyi planlaşdırırdı.
Qeyd edək ki, R.T.Ərdoğan fevralın 5-də Roma Papası Fransiskin dəvəti ilə Vatikana səfər edəcək.







