“Turanbank”da əmanətlər bata bilər

“TuranBank” dollarla 36 aya müddətinə yerləşdirilən əmanətlərini sığortalamır.Ölkə.az xəbər verir ki, xəzinə əmanət növündə 36 aylıq dollarla rəsmiləşdirilən əmanətlər Əmanətlərin Sığortalanması Fondu (ADİF) tərəfindən sığortalanmır.

Belə ki, ADİF milli valyutada 15%, xarici valyutada isə 3%-lə banklara yerləşdirilən əmanətləri sığortalayır. Sözügedən bank isə ən azı 100 dollar olmaqla banka 36 ay müddətində yerləşdirilən əmanətin faizlərini hər rüb əldə edərsə 3,1%, 6 aydan bir 3,15%, ildə bir dəfə 3,2%, faizi müddət sonu əldə edərsə isə 3,25% -lə əmanət rəsmiləşdirilir. Bu isə ADİF tərəfindən sığortalanmayan əmanətlər sinfinə aiddir.

Bu barədə bank istehlakçılara ətraflı məlumat vermir. Bankın buna hazır cavabı da var: “Müştərilərin çoxunun bundan xəbəri”.
Məlumat üçün deyək ki, sözügedən banka 3 illik dollarla əmanət yerləşdirsəniz, bankın bağlanacağı, və ya lisenziyasının ləğv olunacağı təqdirdə müştərilərin əmanətləri birmənalı olaraq geri qaytarılmayacaq. Yəni, banka dollarla 36 aylıq əmanət yerləşdirmək risklidir.

Xatırladaq ki, bankın faiz gəlirləri 4 milyon 036 min manat və ya 12% azalaraq 29 milyon 479 min manat, qeyri-faiz gəlirləri isə 1 milyon 864 min manat və ya 61,9% azalaraq 4 milyon 160 min manat olub.

Sözügedən bankın aktivləri 50 milyon 906 min manat və ya 9,6% azalaraq 477 milyon 316 min manat olub. Öhdəlikləri isə 50 milyon 641 min manat və ya 10,7% azalaraq 418 milyon 346 min manata bərabər olub.

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi