Goranboyda tarixi abidə aşkarlanıb – FOTO

“Şahdəniz Mərhələ 2” və “Cənubi Qafqaz Boru Kəmərinin Genişləndirilməsi” (CQBKG) layihələri üzrə aparılan müvafiq işlər zamanı Goranboy rayonunun Borsunlu kəndinin inzibati ərazisinə daxil Kərpiclitəpə adlı yerdə (CQBKG-nin 247-ci kilometrliyində) tarixi əhəmiyyətli abidə aşkar edilib.

AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, transmilli karbohidrogen nəqli layihələrinə arxeoloji tədqiqatların aparılması üçün cəlb edilmiş və abidəni aşkarlamış AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun mütəxəssislərindən ibarət xüsusi qrupa İnstitutun “Arxeoloji xidmət” şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Qoşqar Qoşqarlı rəhbərlik edir. Çöl-tədqiqat işlərinin rəhbəri, İnstitutun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Vaqif Əsədovun başçılığı altında isə Kərpiclitəpə sahəsi üzrə qazıntılar aparılmaqdadır.

Kərpiclitəpə abidəsi Borsunlu kəndindən təxminən 1,5 km cənub-şərqdə yerləşir. Ötən il aparılmış qazıntılar zamanı 2 tikinti horizontu qeydə alınıb. 1-ci horizontda əsasən çay daşlarından hörülmüş divar qalıqları, gildən hazırlanmış təndirlər və qızdırıcı sobalar, 2 quraşdırma təndirləri, həmçinin su quyusu aşkar edilib.

“2-ci horizont daha maraqlı tapıntılar vermişdir. Burada şərti olaraq “qəsr” adlandırılan böyük bir tikilinin bir hissəsi, kərpic və keramika bişirildiyi böyük bir soba, çoxsaylı bütöv və quraşdırılma təndirlər, ocaqlar, su və təsərrüfat quyuları aşkar edildi. “Qəsr”in divarları bişmiş kərpicdən və çay daşından, soba isə, çiy kərpicdən hörülüb. Qazıntılar zamanı külli miqdarda şirli və şirsiz saxsı qablar və onların fraqmentləri, müxtəlif heyvan sümükləri, mis sikkələr, şüşə qab və qolbaq fraqmentləri, gil və pasta muncuqlar, dəmir və sümükdən hazırlanmış məmulatların detalları və az miqdarda daş əmək alətləri aşkar edilib. Aşkar edilmiş tikili qalıqları, saxsı qablar və numizmatik materiallar bu abidənin orta əsrlərin inkişafı dövrünə, daha dəqiq desək, X-cu əsrin sonları – XIII-cü əsrin əvvəllərinə aid olduğunu göstərir. Aşkar edilmiş tikili qalıqları, burada tətbiq olunan memarlıq üslubları, olduqca nəfis hazırlanmış keramika nümunələrinin bolluğu, külli miqdarda sikkələrin tapılması və s. abidənin öz dövründə mühüm siyasi əhəmiyyətə malik yaşayış mərkəzi olduğunu göstərir. Ehtimala görə, bu yaşayış mərkəzində həyat Çingiz xan istilaları ilə əlaqədar kəsilib”.

Qeyd edək ki, 2017-ci il 14 dekabr tarixində Cənubi Qafqaz Boru Kəməri Şirkətinin texniki operatoru olan BP şirkəti və Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi aşkar edilmiş Kərpiclitəpə abidəsinin tam təhlil edilməsi üzrə əməkdaşlıq üçün Qarşılıqlı Anlaşma Memorandumu imzalamışlar. Ərazidə 500 kv.m sahəni əhatə edən arxeoloji qazıntılar aparılacaq. Qarşıdakı iki ay ərzində aparılacaq arxeoloji tədqiqatlar Kərpiclitəpə abidəsinin qala, qəsr və ya xanəgah olması barədə mövcud əsas ehtimallardan birini təsdiqləyə bilər.

  • Oxşar xəbərlər

    Prezident İlham Əliyev Ümumdünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün İsveçrəyə səfər edib

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ümumdünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün yanvarın 19-da İsveçrə Konfederasiyasına səfər edib. Dövlətimizin başçısını və birinci xanım Mehriban Əliyevanı Sürix şəhərinin beynəlxalq hava…

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    “Əgər Qrenlandiyanı almasaq, Rusiya və ya Çin alacaq. Mən buna icazə verməyəcəyəm”. ABŞ Prezidenti Donald Tramp Ağ evə qayıdarkən təyyarədə jurnalistlərə açıqlamasında belə deyib. O bildirib ki, ABŞ Qrenlandiyanı bu…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    İsveçrədə barda baş verən yanğında həlak olanların şəxsiyyəti müəyyən edilib

    • Yanvar 5, 2026
    İsveçrədə barda baş verən yanğında həlak olanların şəxsiyyəti müəyyən edilib