Terrorçuların 45 obyekti məhv edildi – YENİLƏNİB
Türkiyə Hərbi Hava Qüvvələrinin (HHQ) Suriyanın Afrin şəhərində başladığı “Zeytun budağı” əməliyyatı çərçivəsində terrorçuların 45 obyekti məhv edilib.
Bu barədə Türkiyə HHQ-nin Baş Qərargahının saytında dərc olunan məlumatda bildirilir.
Əməliyyata Türkiyə HHQ-nin 32 təyyarəsi cəlb olunub. Onlar qoyulan vəzifəni uğurla həyata keçirərək yerləşdikləri aerodromlara geri qayıdıblar.