İran ordusu hərbi təlimlərə başlayır
Yanvarın 22-də İran ordusu genişmiqyaslı hərbi təlimlərinə başlayacaq.
Bu barədə məlumat verən İran ordusunun koordinasiya məsələləri üzrə komandan müavini kontr-admiral Həbibullah Səyarı bildirib “Məhəmməd Rəsullah” adlı təlimlərə hərbi dəniz qüvvələri də cəlb ediləcək.
H. Səyyari diqqətə çatdırıb ki, 2 gün davam edəcək təlimlərin məqsədi ordunun döyüş qabiliyyətini artırmaqdır.