Düşmən tamamilə MƏHV EDİLƏCƏK

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan dünən İran və Türkiyənin PKK terror təşkilatına qarşı birgə mübarizə apara biləcəyini açıqladı. Onun sözlərinə görə, mövzu ötən həftə Türkiyəyə səfər edən İran Silahlı Qüvvələrinin baş qərargah rəisi general Məhəmməd Baqiri ilə danışıqlarda müzakirə edilib.

“Terror qruplaşmalarına qarşı birgə əməliyyat məsələsi həmişə gündəlikdə dayanıb. Baş qərargah başçıları PKK-ya qarşı əməliyyatın keçirilməsi məsələsini müzakirə etdilər. Bu istiqamətdə səylər davam edəcək, çünki PKK-nın İranda PJAK adlı qolu var. Bu təşkilat həm İrana, həm də bizə zərər vurur”, – Ərdoğan deyib. İranlı generalla aparılan danışıqlarda 3 fərqli əməliyyat planı müzakirə edilib. Əməliyyatın ən azı 3 ay davam etməsi gözlənilir. Üç mərhələdən ibarət olacaq əməliyyatın ilk mərhələsində hava zərbələri ilə Qəndildəki (PKK-nın əsas iqamətgahı -red.) 48 düşərgə hədəf olacaq. İlk mərhələ 8-10 gün davam edəcək.

Əməliyyatın 2-ci mərhələsində isə İran Qəndilə qarşı qurudan hücuma başlayacaq. Türkiyənin də eyni zamanda, İraq ərazisinin 49 kilometrə qədər dərinlikdə yerləşən 19 düşərgəyə qarşı əməliyyata başlaması planlaşdırılır.

İran Qəndil əməliyyatı üçün 42 min əsgərindən istifadə edəcək. Türkiyə isə əməliyyata hərbi aviasiya ilə dəstək verəcək. Əməliyyatın 2-ci mərhələsində Qəndillə yanaşı, PKK-nın “ikinci Qəndili” sayılan Sincara hücum planlaşdırılır. Sincarda ilk hədəf 7 düşərgə olacaq. Təşkilatın ürəyinə qarşı əməliyyatın 3-cü mərhələsində isə Türkiyə Silahlı Qüvvələri və Türkiyənin baş kəşfiyyat idarəsi olan Milli İstihbarat Təşkilatının (MİT) bölgədəki hərbi xətləri olan Zap, Avaşin və Çaykur kimi kritik xətlərdən hərəkətə keçməsi gözlənilir. Təşkilat liderlərinin Suriyaya keçmək istəyəcəyi təxmin edilir və bunun qarşısını almaq üçün əhəmiyyətli keçid nöqtələri tutulacaq. Mövsüm şərtləri nəzərə alınmaqla Qəndil əməliyyatının ən gec dekabr ayının ikinci həftəsində başa çatdırılması planlaşdırılır.

Əməliyyat zamanı Şri-Lanka ordusunun “Tamil Pələngləri” terror təşkilatına qarşı əməliyyatda həyata keçirdiyi strategiya tətbiq olunacaq. Bu strategiya lider heyəti də daxil olmaqla terror təşkilatının tamamilə məhvini nəzərdə tutur.

Qeyd edək ki, PKK-ya qarşı Şri-Lanka modelinin həyata keçirilməsi Türkiyədə daha əvvəllər də təklif edilib. Ötən il “Milliyyət” nəşrinin yazarı Mehmet Tezkan PKK ilə danışıqların əhəmiyyətsiz olduğunu bildirib: “Separatçı qruplarla mübarizədə müxtəlif üsullar var. Masaya oturmaq, müzakirələr aparmaq, güzəşt etmək və razı salmaq. Bir də yox etmək, məhv etmək üsulu var. Buna Şri-Lanka modeli deyilir”. Şri-Lanka hökuməti “Tamil Pələngləri” ilə təxminən 30 il döyüşüb. Qarşıdurmalar təxminən 70 min nəfərin həyatına son qoyduqdan sonra sülh razılaşması imzalanıb. Amma bir müddət sonra razılaşma yenidən pozuldu. Saxta sülh daha şiddətli döyüş gətirib. 2009-cu ildə ordu terror təşkilatını məhv etmək üsulunu seçdi. Liderləri öldürüldü, partizanlar ağır itkilər verdi. Sonda “Tamil Pələngləri” tarixin tozlu səhifələrinə atıldı. Publika.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, terror təşkilatına qarşı birgə əməliyyatın bəzi detalları ortaya çıxıb.

  • Oxşar xəbərlər

    Prezident İlham Əliyev Ümumdünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün İsveçrəyə səfər edib

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ümumdünya İqtisadi Forumunun illik toplantısında iştirak etmək üçün yanvarın 19-da İsveçrə Konfederasiyasına səfər edib. Dövlətimizin başçısını və birinci xanım Mehriban Əliyevanı Sürix şəhərinin beynəlxalq hava…

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    “Əgər Qrenlandiyanı almasaq, Rusiya və ya Çin alacaq. Mən buna icazə verməyəcəyəm”. ABŞ Prezidenti Donald Tramp Ağ evə qayıdarkən təyyarədə jurnalistlərə açıqlamasında belə deyib. O bildirib ki, ABŞ Qrenlandiyanı bu…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    İsveçrədə barda baş verən yanğında həlak olanların şəxsiyyəti müəyyən edilib

    • Yanvar 5, 2026
    İsveçrədə barda baş verən yanğında həlak olanların şəxsiyyəti müəyyən edilib