Universitetlər QƏBƏLƏYƏ köçürüləcək

Paytaxtda sıxlığın aradan qaldırılması planlaşdırılır.

Qəbələdə ali məktəblər üçün yeni və müasir binalar inşa olunur.

Bu barədə Axar.az saytı yazıb.

Sayt yazır ki, gələcək plana görə, Bakıda yerləşən bəzi universitetlər bu şəhərə köçürüləcək.

Məlumatda bildirilir ki, Bakının mərkəzindəki ali təhsil müəssisələrinin paytaxtdan çıxarılması nəzərdə tutulub. Bu siyahıya Dövlət Tibb Universiteti, Pedaqoji Universitet, Texniki Universitet, Memarlıq və İnşaat Universiteti, İqtisad Universiteti və digərləri aiddir.

Dövlət Neft Akademiyasının da köçürülməsi planda olsa da, yeri məlum deyil. İddialara görə, universitetlərdən bəziləri şəhər kənarına, bəziləri isə Qəbələyə köçürüləcək, BDU isə Bakıda qalacaq.

Hökumət ali məktəbləri Qəbələyə köçürməklə paytaxtdakı sıxlığı aradan qaldırmaq istəyir.

Xatırladaq ki, dünyanın böyük meqapolislərində ali təhsil müəsisələri paytaxtın mərkəzində yerləşmir. Bu, həm tələbələrin mikromühitinin formalaşması, həm də şəhərin sıxlığının azalması baxımından əhəmiyyətli sayılır.

Təhsil Nazirliyindən rəsmi sorğumuza cavab olaraq bildirdilər ki, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda kampusların (kampus – müvafiq maddi texniki bazaya və infrastuktura malik təhsil kompleksi və şəhərciyi – red.) yaradılması tədbirlərinin təşviqi nəzərdə tutulur.

Hazırda Dövlət Strategiyasının icrası ilə əlaqədar Fəaliyyət Planı hazırlanır. Fəaliyyət Planı təsdiq olunduqdan sonra nəzərdə tutulan tədbirlərin icrasına başlanılacaqdır”.

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi