Ən bahalı futbolçular müəyyənləşib

Beynəlxalq İdman Araşdırmaları Mərkəzi (CIES) Avropanın beş böyük futbol çempionatlarında çıxış edən klubların heyətindəki ən bahalı futbolçuların adlarını açıqlayıb.

Mərkəzin hazırladığı “2018-ci ilin yanvar ayı üçün ən bahalı futbolçular” adlı hesabatda La Liqa (İspaniya), Premyer Liqa (İngiltərə), A Seriyası (İtaliya), Bundesliqa (Almaniya) və Liqa 1-də (Fransa) çıxış edən futbolçuların qiymətləri müəyyənləşib. Hesabat hazırlanarkən futbolçuların yaşı, müqavilələrinin müddəti, mövqeləri, klubda və milli komandadakı çıxışları və s. kriteriyalar əsas alınıb.

CISM bu kateqoriyalar əsasında ən bahalı futbolçu kimi “PSJ” klubunun braziliyalı legioneri Neymarı müəyyənləşdirib. Neymarın dəyəri 213 milyon avro məbləğində qiymətləndirilib. Braziliyalı futbolçunu onun sabiq komanda yoldaşı, “Barselona”nın argentinalı ulduzu Lionel Messi izləyib – 202,2 milyon avro. “Tottenhem”in ingiltərəli hücumçusu Harri Keyn 194,7 milyon avroluq qiymətlə üçüncü yerdə qərarlaşıb. “PSJ”nin “Monako”dan transfer etdiyi Kaylian Mbappe 192,5 milyon avro ilə dördüncü sırada yer alıb.

Siyahıda sonrakı yerləri Paulo Dibala (“Yuventus”, 174,6 milyon avro), Dele Alli (“Tottenhem”, 171,3 milyon avro), Kevin De Brüyn (“Mançester Siti”, 167,8 milyon avro), Romelu Lukaku (“Mançester Yunayted”, 164,8 milyon avro), Antuan Qrizman (“Atletiko Madrid”, 150,2 milyon avro) və Pol Poqba (Mançester Yunayted”, 147,5 milyon avro) tuturlar.

CIES “Real Madrid”in portuqaliyalı ulduz futbolçusu, 33 yaşlı Kriştiano Ronaldonu siyahıda 49-cu yerdə qərarlaşdırıb. Ötən il rəqib qapılarına 53 dəfə yol tapan, UEFA Çempionlar Liqasının, UEFA Super Kubokunun, La Liqanın, İspaniya Super Kubokunun və FIFA klublararası dünya çempionatının qalibi olan, beşinci dəfə ilin futbolçusu adını qazanan Kriştiano Ronaldoya 80,4 milyon avro qiymət qoyulub.

  • Oxşar xəbərlər

    Vladimir Putin İlham Əliyevi təbrik etdi

    Rusiya Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. Məktubun mətnində deyilir: “Milli bayram – Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Azərbaycan iqtisadi və sosial…

    Lukaşenko Azərbaycan Prezidentinə təbrik ünvanladı

    Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb. Təbrikdə deyilir: “Hörmətli cənab Prezident. Sizi və Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm. İqtisadiyyatda öz uğurları və artan…

    Bir cavab yazın

    Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

    Dünya

    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    • May 25, 2026
    Rusiyanın Ukraynadakı itkiləri rekord həddə çatdı – RƏQƏMLƏR

    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    • Yanvar 12, 2026
    Tramp: ABŞ Qrenlandiyanı bu və ya digər şəkildə əldə edəcək

    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    • Yanvar 12, 2026
    İranla bağlı dəhşətli statistika: ölənlərin sayı açıqlandı

    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    • Yanvar 12, 2026
    Ukraynaya Moskvanı vuracaq raket verilir – Matviyçukdan reaksiya

    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    • Yanvar 9, 2026
    Ərdəbildə “Xameneiyə ölüm!” səsləri meydanı bürüdü

    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi

    • Yanvar 7, 2026
    Xanım Makrona “trans” və “pedofil” deyənlər həbs edildi