Qasırğa nəticəsində 29 nəfər həlak oldu

Madaqaskarın şərqində baş verən güclü qasırğa nəticəsində 29 nəfər həyatını itirib. Təbii fəlakət zamanı 3 nəfər yaralanıb,  2 nəfər itkin düşüb.

“Ava” tropik qasırğası Madaqaskar üzərindən şənbə və bazar günləri keçib. Küləyin surəti bəzi ərazilərdə saatda 140-190 km təşkil edib. Minlərlə insanın evsiz qaldığı bildirilir.