Sabahdan Azərbaycanda 5 günlük tətil başlayır
Sabahdan – dekabrın 30-dan Azərbaycanda 5 günlük tətil başlayır.
Milli.Az report-a istinadən bildirir ki, bu ilin dekabrın 31-də Dünya Azərbaycanlılarının Həmrəyliyi günü, 2018-ci ilin yanvarın 1-də və 2-də Yeni il bayramı ilə əlaqədar iş olmayacaq. Dekabrın 31-i bazar gününə təsadüf etdiyindən Əmək Məcəlləsinə əsasən, növbəti iş günü, yəni yanvarın 3-ü də qeyri-iş günü hesab ediləcək.
Dekabrın 30-u isə şənbə gününə təsadüf edir. Beləliklə, ölkədə 5 gün – dekabrın 30-u, 31-i, yanvarın 1-i, 2-si və 3-ü iş olmayacaq.
Yanvarın 4-ü Yeni ilin və yeni iş həftəsinin ilk iş günüdür.